İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən 23 iyun tarixində faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac təşkil ediləcək. İqtisadiyyat Nazirliyindən ONN media -ya verilən məlumata görə, Füzuli rayonunda yerləşən “Horadiz” qum-çınqıl yatağının 55 ha sahəsi 5 LOT üzrə, Goranboy rayonunda yerləşən “Qarasuçay” qum-çınqıl yatağının 43 ha sahəsi 4 LOT üzrə hərraca çıxarılacaq. “Horadiz” və “Qarasuçay” qum-çınqıl yataqlarının ərazilərində yer təki sahələrinin istifadəyə verilməsi ilə bağlı hərrac iddiaçıları iştirakla bağlı sənədləri 11 iyun 2021-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat küçəsi, 31 ünvanına təqdim edə bilərlər.
Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir. Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/3vhvwgi) və Özəlləşdirmə portalında (https://bit.ly/3bNz0j9) tanış olmaq mümkündür.“Horadiz” və “Qarasuçay” qum-çınqıl yataqları hərraca çıxarılacaq



Azərbaycanda yeni faydalı qazıntı yataqları satışa çıxarılıb - QİYMƏTLƏR
Azərbaycanda 7 faydalı qazıntı yatağı istifadəyə verildi
Azərbaycanda üç faydalı qazıntı yatağı istifadəyə verildi
Azərbaycanda daha 56 dövlət əmlakı satışa çıxarılır
Azərbaycanda 13 şirkət hərraca çıxarılacaq
Sürücülərin NƏZƏRİNƏ: 21 avtomobil hərraca çıxarılır
DTX-nın 22 avtomobili satışa çıxarılır - SİYAHI
12 dövlət müəssisəsi satışa çıxarılır
Azərbaycanda daha 41 dövlət əmlakı hərraca çıxarılacaq
3 nazirliyin avtomobilləri satışa çıxarılır - QİYMƏTLƏR
Bu dövlət əmlakları özəlləşdirildi
Azərbaycanda 12 nəqliyyat vasitəsi özəlləşdirildi - SİYAHI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 