ONN media xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən Bərdə rayonu C.Məmmədquluzadə küç. ev 80 ünvanında yerləşən yaşayış sahəsində qanunsuz fəaliyyət göstərən spirtli içkilərin emalı sexi aşkarlanıb. Agentliyin yaydığı xəbərə görə, baxış zamanı məlum olub ki, yaşayış yerinin sahibi Həsənov Tapdıq Qarakişi oğlu müxtəlif çeşiddə spirtli içkilərin boş qablarını, istifadə olunmuş taraları kustar üsullarla dolduraraq müxtəlif ölkələrə məxsus əmtəə nişanlı spirtli içkilərin adı ilə pərakəndə satışa çıxarır. Qanunsuz fəaliyyət göstərən sexdə ümumilikdə 93 ədəd satış məqsədilə qablaşdırılmış saxta içki aşkarlanıb. Bundan başqa, yaşayış sahəsindən spirtli içki doldurulmasına hazır vəziyyətə gətirilən 100-lərlə şüşə butulkalar, 100 litr həcmdə etil spirti, kənd təsərrüfatında istifadə olunan dərman maddələrinin qablaşdırılması üçün nəzərdə tutulan 100 litrlik boş çəllək müəyyən edilib. Aşkar olunan faktlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.
Saxta spirtli içki emal edən sex aşkarlandı



Külli miqdarda spirtli içkilər aşkar edildi
Spirtli içkilərin satışına qadağa qoyuldu - Bu tarixə qədər...
Artıq bu limonadı içməyəcəksiniz
Daha bir sexdən iyrənc görüntülər
Spirtli içki fəlakəti: 255 ÖLÜ
Əməliyyat: ata və oğlu saxlanıldı - VİDEO
Bu araqlardan alanların DİQQƏTİNƏ
DİN-dən uşaqlara siqaret satanlara XƏBƏRDARLIQ
Sərxoşluqdan ayılmaq üçün spirtli içki içməyin - XƏBƏRDARLIQ
Azərbaycanda daha bir anti-sanitar toyuq sexi aşkarlandı
Bakıda qanunsuz toyuq sexi aşkarlanıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 