Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda aksiz markası olmayan spirtli içkilərin və siqaretlərin realizə edilməsinin qarşısını alıblar.
ONN media -ya bu barədə DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Belə ki, Baş idarənin əməliyyat idarəsinə üzərilərində Azərbaycan Respublikasının müvafiq aksiz markası olmayan müxtəlif markalı spirtli içkilərin “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən yaşayış sahələrində saxlanılması, habelə həmin spirtli içkilərin bir hissəsinin “Daewoo Damas” markalı minik avtomobilində satış məqsədilə realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub. Gömrük əməkdaşları tərəfindən ərazidə keçirilmiş əməliyyat tədbiri zamanı “Daewoo Damas” markalı minik avtomobilinə baxış keçirilib və avtomobilin salon və arxa yük yerində saxlanılan müxtəlif ölçülü karton qutulardan və selofan torbalardan 82 ədəd müxtəlif markalı spirtli içkilər aşkarlanıb. Bundan sonra əməliyyat tədbirlərinin davamı olaraq Badamdar qəsəbəsindəki evin həyətyanı sahəsində yerləşən 2 ədəd qapalı tipli yaşayış sahəsinə keçirilən baxış zamanı 1443 ədəd spirtli içkilər və 100 qutu “Davidoff gold slims” markalı siqaretlər aşkar edilib.
Qeyd edək ki, aşkarlanan spirtli içkilərin və siqaretlərin ümumi dəyəri 48502 (qırx səkkiz min beş yüz iki) manat təşkil edir.



Alkoqollu içkilərin aksiz dərəcəsi artırıldı - NK
Siqaretlərin ölkəyə gətirilməsinin qarşısı alındı
Əməliyyat: ata və oğlu saxlanıldı - VİDEO
Gömrükdə əməliyyat — Külli miqdarda xarici valyuta ələ keçirildi
Saxta spirtli içki emal edən sex aşkarlandı
Yarım milyon manatlıq telefon gömrükdə saxlanıldı
Spirtli və energetik içkilər üçün aksiz qiymətləri — ARTIRILDI
Spirtli içkilərlə bağlı qərar sabahdan qüvvəyə minir
Gömrükçülər külli miqdarda telefon aşkarladı
Külli miqdarda psixotrop maddə aşkarlandı
Bakı aeroportunda əməliyyat- Saxlanılanlar var
SON DƏQİQƏ: Azərbaycanda yüksək VƏZİFƏLİ ŞƏXSLƏR HƏBS OLUNDU
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 