Artıq Respublika Dövlət Yol Polisi İdarəsi yol patrul xidməti əməkdaşlarına yeni uniformaların verilməsinə başlanılıb. ONN media xəbər verir ki, yeni xidməti formalar ilk olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) yol patrul xidməti əməkdaşlarına paylanıb. Lakin paytaxtda da bütün yol polisi əməkdaşları yeni formalarda deyil. Məsələ ilə bağlı BŞDYPİ-dən bildiriblər ki, yeni formalar ilk olaraq Bakının mərkəzi hissəsində xidmət həyata keçirən yol polisi əməkdaşlarına paylanılıb: "Yaxın günlərdə Bakının digər rayonlarında da əməkdaşlara yeni formalar paylanacaq. Bundan sonra mərhələli şəkildə respublika üzrə bütün yol polisi əməkdaşlarına yeni formaların paylanılması həyata keçiriləcək". Qeyd edək ki, yeni forma əvvəlkilərdən gödəkçə, köynək və kəmərləri ilə fərqlənir. Belə ki, yol patrul xidməti əməkdaşlarına verilən yeni formada köynək və gödəkçə qara rənglidir. Gödəkçənin üzərinə ağ xətt əlavə edilib. Yol-patrul xidməti əməkdaşlarına verilən yeni köynək isə əvvəlki kimi ağ deyil, qara rəngliddir. Köynəyin üzərində qırmızı zolaq yerləşdirilib. Köynəyin materialı və dizaynı da əvvəlkilərdən fərqlənir. Yeni formada yol-patrul xidməti əməkdaşının kəmərinin rəngi isə əvvəlki kimi ağ olsa da, materialı dəyişib.
Bu yol polislərinin formaları dəyişdirildi



Yol polisi yeni geyimdə
Azərbaycan polisinə yeni xidməti avtomobillər verildi
Post-patrul xidməti yeni formada - FOTO
Piyadaları cərimələyən polislər artıq olmayacaq?
Maşinistlərin forması dəyişir
Bakı polisi yol polisi haqqında iddiaları araşdırdı
Vilayət Eyvazovdan YENİ TƏYİNAT
Bakıda polis qəza törətdi- Yaralı var
Polislərə verilən yeni maşınların nə üstünlüyü var?
Sabirabadda sürücü DYP əməkdaşlarına xəsarət yetirdi
Azərbaycanda İLK- Yol polisi postunda uşaq dünyaya gəldi
Tanınmış saatsazın komandir oğlunu işdən çıxarıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 