Bakının küçə və prospektlərində piyadaların hərəkətinə nəzarət edən, bu zaman yolu müəyyən olunmamış yerdən keçənləri saxlayan post-patrul xidmətinin əməkdaşları gözə dəymir. Bu nə ilə əlaqədardır?
ONN media “Report”a istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, ötən ilin mart ayından Daxili İşlər nazirinin əmri ilə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması məqsədi ilə Bakı şəhərinin rayon polis idarələrinin, eləcə də respublikanın digər şəhər və rayon polis orqanlarının post-patrul xidməti əməkdaşlarına yol patrul xidməti inspektorlarına aid olan səlahiyyətlər verilib: "O vaxt belə bir qərarın verilməsinə ehtiyac var idi. Lakin post-patrul xidməti əməkdaşlarının qayda pozanları saxlayaraq protokollar tərtib etməklə onları cərimələmələri piyadaların vaxt itkilərinə, bəzən də narazılıqlarına səbəb olurdu.
Bütün bunları nəzərə alan Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bu günlərdə müvafiq əmr imzalayıb. Əmrə əsasən post-patrul nizami hissələri əməkdaşlarına verilmiş yol patrul xidməti inspektorlarına aid olan səlahiyyətlərə xitam verilərək qanunla müəyyən olunmuş vəzifələrinin icrasını davam etdirmək üçün onlar daimi xidmət yerlərinə qaytarılıblar”.
O qeyd edib ki, eyni zamanda, nazir V.Eyvazov insanların həyatını, təhlükəsizliyini yol-nəqliyyat hadisələrindən daha etibarlı qorunması və bu sahədə nəzarətin müasir texniki vasitələrin imkanlarından geniş istifadə edilməklə həyata keçirilməsi barədə Daxili İşlər Nazirliyinin aidiyyatı qurumlarına müvafiq tapşırıqlar verib.



Bakıda polis qazini döyüb? - RƏSMİ AÇIQLAMA
Ramil Usubov əmr imzalayıb
Post-patrul xidməti yeni formada - FOTO
Piyadadan 10 manat rüşvət alan polislərlə bağlı SON XƏBƏR
Bu yol polislərinin formaları dəyişdirildi
Yol polisindən sürücü və piyadalara MÜRACİƏT
Yol polisindən sosial şəbəkələrdəki etirazlara REAKSİYA
Bakıda polis şöbəsində QƏTL
Bakıda polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirdi
Yol polisi yeni geyimdə
3 ay ərzində nə qədər piyada cərimələnib?
Ağsuda polislər qəzaya düşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 