Türkiyənin Diyarbəkir, Mardin və Van şəhərlərinin bələdiyyə sədrləri vəzifələrindən azad edilib. ONN media xəbər verir ki, bu məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb. Bələdiyyə sədrləri PKK-ya və ona bağlı qruplara çalışmaqda ittiham ediblər. Sədrlərin yerinə müvəqqəti olaraq valilər təyin edilib. Vəzifələrindən qovulan bələdiyyə sədrləri Səlcuq Mızraqlı (Diyarbəkir), Əhməd Türk (Mardin) və Bedia Özgökçə Ertan (Van) olub. Hər üç şəxsin Türkiyənin Xalqların Demokratik Partiyasının üzvü olduğu vurğulanıb. Bu şəxslərin hər birinin müvafiq olaraq öz vəzifələrini 63, 56 və 54 gün icra etdikləri qeyd edilib. Vəzifəsindən qovulmasından dərhal sonra “BBC Türkcə”yə açıqlama verən Mızraqlı vəzifədən uzaqlaşdırılmalarının nəticələrinin ağır olacağını deyib: “Ortaya çıxan vəziyyət həm parlament, həm də bələdiyyə ilə bağlı ciddi nəticələrə gətirib çıxaracaq. Türkiyə bundan sonra başqa bir Türkiyə olaraq yoluna davam edəcək”. Qeyd edək ki, bu cür hadisənin Türkiyədə baş verməsi ilk hal deyil. 2014-cü il bələdiyyə seçkisindən bir müddət sonra adı çəkilən şəhərlərin HDP-li bələdiyyə sədrləri vəzifələrindən PKK-ya dəstək adıyla uzaqlaşdırılmışdılar.
3 bələdiyyə sədri qovuldu - Şok ittiham



İmamoğludan “bələdiyyə sədrləri” olayına reaksiya
Ərdoğan bütün bələdiyyə sədrlərini Ankaraya çağırdı
Bələdiyyə binasında əməliyyat - SƏDR HƏBS EDİLDİ
Siyavuş Novruzov buna ETİRAZ ETDİ
İstanbul bələdiyyəsinə müvəqqəti başçı təyin edildi - KİM?
Yüksək vəzifəli şəxs İŞDƏN AZAD EDİLDİ
İmamoğlu İstanbulun bələdiyyə sədri mandatını aldı
Türkiyədə bələdiyyə binasına hücum edildi
Tükiyədə bələdiyyə seçkiləri yenidən keçiriləcək?
DTX Neftçalada nəyi araşdırır? –AÇIQLAMA
Türkiyənin ən gənc bələdiyyə sədri o seçildi
Bələdiyyə sədrləri barədə 13 iş prokurorluğa göndərilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 