ONN İnformasiya Agentliyi

Rusiyanın əməkdar artisti intihar etdi

Rusiyanın əməkdar artisti intihar etdi
19-08-2019, 21:03

Rusiyanın əməkdar artisti Mixail Romanov intihar edib. ONN media xəbər verir ki, Romanovun nəşi xanımı tərəfindən evində aşkar edilib. 68 yaşlı sənətçinin psixoloji problemləri olduğu, depressiya yaşadığı və intensiv olaraq psixiatr qəbuluna getdiyi bildirilir. M.Romanovun səhhətində yaranmış ciddi problemlər səbəbindən işini tərk etdiyi də söylənilir. Qeyd edək ki, sənətçi 1970-1972-ci illərdə Kirov Opera və Balet Teatrının səhnə orkestrında ifa edib, sonra isə Leninqrad Konservatoriyasının opera studiyasının solisti olub. 1974-1977-ci illərdə Leninqrad Filarmoniyasında çıxış edib. 2002-ci ildə Rusiyanın əməkdar artisti adına layiq görülüb. 2003-cü ildən etibarən Romanov Sankt-Peterburq Konservatoriyasında dərs deyib, Sankt-Peterburq Akademik Filarmoniyasının üzvü olub.(oxu.az)

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png