Xalq artisti, balet ustası Çimnaz Babayeva vəfat edib. Mədəniyyət Nazirliyindən ONN media -ya verilən məlumata görə, 74 yaşlı balet ustası dekbarın 23-də vəfat edib. Çimnaz Babayeva 1946-cı il dekabrın 23-də Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirən gənc balet artisti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasına qəbul edilib və Azərbaycanın balet ustalarından birinə çevrilib. Ç.Babayeva Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində bir çox milli və klassik balet tamaşalarında unudulmaz xoreoqrafik obrazlar yaradıb. O, öz həyat yoldaşı, Xalq artisti Vladimir Pletnyov ilə birgə A. Məlikovun “Məhəbbət əfsanəsi” baletində Şirin, Q. Qarayevin “Yeddi gözəl” baletində Aişə, “İldırımlı yollarla”da Sari, Ə. Bədəlbəylinin “Qız qalası”nda Gülyanaq, F. Əmirovun “Nəsimi haqqında dastan”ında Nəsiminin sevgilisi, L. Minkusun “Don Kixot”unda Kitri, D. Şostakoviçin “Xanım və xuliqan”ında xanım və başqa tamaşalarda Azərbaycan klassik xoreoqrafiya sənətini şərəfli bir pilləyə ucaldıb. O, 1977-ci ildən 2000-ci ilədək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məşqçi baletmeysteri vəzifəsində fəaliyyət göstərib. O, 1970-ci ildə Əməkdar artist, 1974-cü ildə Fikrət Əmirovun “Nəsimi haqqında dastan” baletinin səhnələşdirilməsinə görə Azərbaycanın Dövlət mükafatı laureatı, 1978-ci ildə Xalq artisti kimi yüksək fəxri adlara layiq görülüb. 2002-ci ildən Prezident təqaüdçüsü idi. Allah rəhmət eləsin!
Azərbaycanın Xalq artisti vəfat etdi



Opera və Balet Teatrında “Qu gölü” baleti nümayiş olunacaq
Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı vəfat etdi
Polad Bülbüloğlunun 75 illik yubileyi qeyd olunacaq
Opera və Balet teatrının dekabr repertuarı
"Leyli və Məcnun" nümayiş olunacaq
Xalq artisti Roza Cəlilovanın 90 illiyi qeyd ediləcək
16 dekabr Firəngiz Əhmədovanın vəfat etdiyi gündür
16 dekabr Firəngiz Əhmədovanın vəfat etdiyi gündür
Opera və Balet Teatrında yeni ilin ilk tamaşası keçiriləcək
Opera və Balet Teatrının sentyabr repertuarı
23 sentyabr Firəngiz Əhmədovanın doğulduğu gündür
25 iyul Mais Salmanovun vəfat etdiyi gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 