Azərbaycanın əməkdar artisti vəfat edib.
ONN media xəbər verir ki, Lənkəran Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Adil Zeynalov ötən gecə 60 yaşında vəfat edib.
Mərhum bu gün doğulduğu Lənkəran şəhərində torpağa tapşırılacaq.
Qeyd edək ki, Adil Ağakərim oğlu Zeynalov 1960-cı ildə fevralın 20-də Lənkəran şəhərində anadan olub. 1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakültəsinə daxil olub, 1983-cü ildə oranı bitirib. İnstitutu bitirdikdən sonra Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram teatrında aktyorluq fəaliyyətinə başlayıb. Bir sıra yadda qalan obrazlar yaradıb. Eyni zamanda özü də bir neçə əsərin səhnə quruluşunu verib, rejissor kimi çalışıb.
Lənkəranın mədəni-ictimai həyatında fəal iştirak edən A.Zeynalov mədəniyyətimiz inkişafında göstərdiyi xidmətlərinə görə 2012-ci ildə əməkdar artisti adına layiq görülüb. 20-yaxın yaddaqalan səhnə obrazlarını canlandırıb, 15-dək tamaşanın rejissoru olub, bir teleserial və 4 tammetrajlı filmdə çəkilib.
A.Zeynalovun 60 yaşı bu yaxınlarda tamam olsa da, xəstəliyi səbəbindən qeyd etmək mümkün olmayıb



Xalq artisti Vaqif Əsədov vəfat etdi
Xalq artisti Ağaxan Salmanlı vəfat etdi
Mədəniyyət Nazirliyi Xalq artistinin ölümü ilə bağlı nekroloq yayıb
Əməkdar artist vəfat etdi
Xalq artisti Vaqif Əsədovla vida mərasimi başa çatıb - YENİLƏNİB
9 fevral Ələsgər Məmmədoğlunun vəfat etdiyi gündür
Ramiz Məlik vəfat etdi
Azərbaycanda aktyor koronavirusdan öldü
9 fevral Ələsgər Məmmədoğlunun doğulduğu gündür
6 yanvar İsmayıl Dağıstanlının doğulduğu gündür
6 yanvar İsmayıl Dağıstanlının doğulduğu gündür
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 