ABŞ prezidenti Donald Tramp 2020-ci ildə “Böyük yeddilik” (G7) sammitinə Rusiyanın çağırılması ilə bağlı fransalı həmkarı Emmanuel Makronun təklifiylə razılaşıb. ONN media xəbər verir ki, bu haqda Ağ Evin yüksəkvəzifəli nümayəndəsinə istinadən CNN telekanalı bildirib. Telekanalın həmsöhbəti izah edib ki, çərşənbə axşamı – avqustun 20-də Tramp və Makron zəngləşiblər və ümumi fikirə gəliblər ki, ABŞ-da keçiriləcək G7-nin növbəti sammitində Rusiyanı görmək istəyirlər. Gözlənilir ki, Tramp bu istirahət günlərində Fransada keçiriləcək G7 sammitində başqa dünya liderləri ilə mövzunu müzakirə edəcək. Xatırladaq ki, ötən gün ABŞ prezidenti yenidən Rusiyanın G8-ə (Böyük səkkizlik -red) qayıtması təklifi ilə çıxış edib. Tramp bildirib ki, Rusiyanın G8-ə qaytarılmasına etiraz etməyəcək. "Mən düşünürəm, Rusiyanın G8-də olmasl daha məqsədəuyğun olardı", - deyə Ağ Evin başçısı Vaşinqtonda Rumıniya prezidenti Klaus Yohannislə görüşü zamanı jurnalistlərə bildirib. Tramp qeyd edib ki, Rusiya ABŞ prezidenti Barak Obamanın vaxtında G8-dən çıxarılmışdı, çünki Rusiya lideri Vladimir Putin onu aldadıb. Xatırladaq ki, 2014-cü ildə Krımın ilhaqı və Donbas münaqişəsindən sonra Rusiya G8-dən çıxarılıb.(publika)
Makron və Tramp RAZILAŞDI: Rusiyanı 2020-ci ildə...



Tramp Rusiyanın G8-ə qaytarılmasını təklif etdi
Konte Rusiyanın G8-ə qaytarılmasını təklif etdi
Donald Tramp Rusiyanı “G 8”ə qaytarmaq niyyətindədir
Ağ Evi geri qaytaracağıq - Tramp
Bayden dünya müharibəsi təhlükəsi yaradır - Tramp
Tramp və Makron G7 sammitini müzakirə etdilər
Tramp və Makron nəyi müzakirə etdi?
Bu ölkələr Trampın yenidən prezident seçilməsini istəmir - ÖZÜ AÇIQLADI
Tramp Fransanı hədələdi
Tramp: "Bütün terrorçular Parisdədirlər"
Tramp Türkiyənin S-400-ləri almasından danışdı - "Haqsızlıqdı"
Donald Tramp Qətər əmiri ilə görüşüb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 