Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanın Kalavan kəndinin sakinini özünün müşaviri təyin edib. ONN media axar.az -a istinadən xəbər verir ki, bu məlumatı Paşinyan Feysbuk səhifəsində paylaşıb. Paşinyan təyin etdiyi şəxsin Robert Qukasyan olduğunu bildirib. Qeyd edək ki, hazırda Kalavan adlanan kəndin adı əvvəllər Əmirxeyir olub. Azərbaycanlıların yaşadığı bu kənddə Ermənistandan deportasiya olan zamana qədər 700 nəfər yaşayıb. Deportasiya başladıqdan sonra isə azərbaycanlılar bu kənddəki evləri Azərbaycandan ayrılan ermənilərlə mübadilə ediblər. Nəticədə kənddə Şəmkir, Gəncə və Sumqayıtdan olan ermənilər məskunlaşıblar. Hazırda kənddə 26 ailə və ümumilikdə 113 nəfər yaşayır. Bu ailələrdən 8-i sonradan Kalavan kəndinə köçüb. Robert Qukasyana gəlincə isə o, Dağlıq Qarabağda anadan olsa da, uşaqlığının əsas hissəsi Sumqayıtda keçib. 1988-ci ildə Sumqayıt hadisələrindən sonra Qukasyanın ailəsi Sumqayıtdakı evlərini Kalavan kəndinin sakinlərindən birinin evi ilə əvəz edərək, Ermənistana köçüb. Qukasyan sonradan verdiyi açıqlamalarında azərbaycanlılara nifrət etmədiyini, onu və ailəsini Sumqayıt hadisələri zamanı məhz azərbaycanlıların xilas etdiyini, başqa bir şəraitdə azərbaycanlılarla çox yaxşı qonşu ola biləcəklərini etiraf edib. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən bu kənd məhz Qukasyanın sayəsində Ermənistanda inkişaf etməyə başlayan turizm mərkəzlərindən birinə çevrilib.
Paşinyan sumqayıtlını müşavir etdi: Azərbaycana nifrət etmirəm



Paşinyan Zəngəzura yeni qubernator təyin etdi
Paşinyan istefa verib?
Paşinyan Qarabağın Azərbaycana aid olduğunu ETİRAF ETDİ
Onlar revanşa hazırlaşır – Nikol elan etdi
Erməni generalın ŞOK SATQINLIĞI ÜZƏ ÇIXDI
Paşinyan Qafana gəlir
Köçəryan və Sərkisyan, siz vətən xainisiz - Paşinyan
Paşinyan sərhədimizi pozmasın deyə, görün nə etdi
Paşinyan Şuşadan danışıb özünü yenə "TORA SALDI"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 