"Yanan meşə sahələrinin hamısında payız mövsümündə ağaclar əkiləcək, yanan ərazilərin tez bir zamanda bərpa olunmasına çalışacağıq". ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. Onun sözlərinə görə, dünyanın bir çox yerlərində meşə yanğınları tüğyan edir, nəticədə insan tələfatı baş verir, minlərlə hektar meşə sahəsi insanların səhlənkarlığı, məsuliyyətsizliyi ucbatından məhv olur: "Şükürlər olsun ki, bizdə bu cür genişmiqyaslı yanğınlar baş verməyib, insan tələfatı olmayıb. Amma yenə də bütün vətəndaşları ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına həssas yanaşmağa çağırırıq. Çünki meşə yanğınlarının səbəbləri ilə bağlı mütəxəssislərin apardığı təhlillər və monitorinqlər göstərir ki, yanğın hadisələrinin çox böyük əksəriyyəti insanların səhlənkarlığı, odla ehtiyatsız davranışı ucbatından və deyərdim ki, bəzi hallarda bilərəkdən, qəsdən törədilməklə baş verir. Bu cür etinasızlıq, yaxud qəsdən yanğının törədilməsi dövlət büdcəsinə milyonlarla zərər vurur. Biz belə halların azalması və ümumiyyətlə baş verməməsi üçün təxirəsalınmaz tədbirlər görürük və bundan sonra da görəcəyik. Təəssüf ki, bəziləri təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etmir və olacaqları düşünmürlər. 2 gündür isti havada gecə-gündüz həyatları bahasına alovun qarşısına çıxıb onu söndürənlərə ən azı "afərin" deyirik. Onlara halal olsun!"(qafqazinfo.az)
Yanan meşə sahələrində ağaclar əkiləcək



Nazirlikdən əhaliyə MÜRACİƏT
Nazirlik meşə yanğınları ilə bağlı əhaliyə müraciət etdi
Nazirlikdən əhaliyə MÜHÜM XƏBƏRDARLIQ
Nazir meşə yanğınlarının səbəbini açıqladı
Şəkidə meşə yanğını başlayıb
İsmayıllıdakı yanğınla bağlı SON MƏLUMAT
Şahdağ Milli Parkında yanğın başlayıb- YENİLƏNİB
Meşə yanğınları ilə bağlı sevindirici xəbər
Türkiyədən gözlənilən şad xəbər gəldi
Meşə yanğınları: Daha bir bölgədə yanğınlar başladı
Tunisdə 450 hektarlıq meşə sahəsi yandı
Türkiyədə meşə yanğınları gücləndi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 