"Tam səmimi deyirəm, yanğın məsələsindən o qədər narahatıq və bu mövzuya o qədər həssasıq ki, hardasa yanğın baş verdikdə bu xəbəri ürək ağrısı ilə qəbul edirik və istəyirik ki, bu narahatlıq və həyəcan bütün vətəndaşlarımızda da olsun. Yay mövsümündə təbiət ərazilərində yanğınların baş verməsi təəssüf ki, bir reallıqdır və qaçılmazdır. Lakin hamımız bir nəfər kimi bu həyəcanı, bu narahatlığı hiss edib, davranışlarımızı maksimum dərəcədə ehtiyatlılıq üzərində qurarıqsa, insan etinasızlığından yarana biləcək bu fəlakətdən qurtularıq".
ONN media xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliynin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, meşə ərazilərində baş verən yanğınlar, bu fəlakətin qarşısının alınmasında yaranan çətinliklər, təbiət və cəmiyyətə vurulan zərərlər, onun acı nəticələri ilə bağlı xəbərlər çox sarsıdıcıdır: "Bizlər də bu amansız alovun törədə biləcəyi fəsadlardan sığortalanmamışıq və yay mövsümü, qızmar hava şəraiti gələr-gəlməz, tikan üstündə dayanmış kimi, hamımız narahatlıq və həyəcan içində günlərimizi keçiririk. Hər birimiz bilirik ki, təbiətdə baş verən yanğınların böyük əksəriyyətində insan faktoru var və hamımız bir şəxsin törətdiyi ehtiyatsız əməlin fəsadı qarşısında aciz qalırıq.
“Bütün bunları nəzərə alaraq vətəndaşlarımızdan xahiş edirik ki, odla həddən artıq ehtiyatlı davransınlar ki, sonradan heyfslənməyək, gözümüzün qabağında külə çevrilən yaşıllıqların qarşısında məyus olmayaq. Unutmayaq ki, bir nəfərin ani ehtiyatsız davranışı, qaydalara əməl etməməsi yüzlərlə hektar meşə sahəsində qarşısıalınmaz yanğınlara səbəb olur, eləcə də insanların, canlıların həyatına təhlükə yaratmaqla böyük fəlakətə yol açır. Nəticədə, həm təbiətimiz, həm ekosistem məhv olur, həm də dövlətimizin büdcəsinə zərər vurulur”.



Nazirlikdən əhaliyə MÜRACİƏT
Şəkidə meşə yanğını başlayıb
Nazirlik yanğın təhlükəsi ilə bağlı MƏLUMAT YAYDI
Yanan meşə sahələrində ağaclar əkiləcək
Şahdağ Milli Parkında yanğın başlayıb- YENİLƏNİB
Lənkəran meşələrindəki yanğından NƏ XƏBƏR?
Meşə yanğınları: Daha bir bölgədə yanğınlar başladı
Oğuzda baş verən yanğın meşə fondu ərazisinə keçdi - YENİLƏNDİ
Qəbələdə meşə yanğını başlayıb
İranda DƏHŞƏTLİ MEŞƏ YANĞINLARI - ÖLƏNLƏR VAR
Meşə yanğınları ilə bağlı sevindirici xəbər
Azərbaycanda güclü yanğın başladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 