İran parlamentinin deputatların davranışlarına nəzarət heyətinin sözçüsü 2 millət vəkilinin saxlanıldığını təsdiq edib. ONN media bildirir ki, bunu sözçü Məhəmməd Cavad Camali Tasnim İnformasiya agentliyinə açıqlamasında deyib. M.Camalinin sözlərinə görə, indiyədək bu haqda İranın Məhkəmə Sistemindən parlamentə məktub göndərilməyib. Deputatın saxlanılması və ya dindirilməsi ilə bağlı qərar olarsa, adətən prosesdən öncə parlamentin rəyasət heyətinə məlumat verilir. Qeyd edək ki, ötən gün axşam saatlarında İran parlamentinin Zəncan və Əbhərdən olan iki deputatı Firudin Əhmədi və Məhəmməd Əzizi saxlanılıblar. Onlar Tehranda Evin həbsxanasına nəql olunsalar da, sonradan 10 milyard rial (təxminən 238 min dollar) dəyərində girov pulla azadlığa buraxılıblar. Xatırladaq ki, son günlərdə İranın "İrankhodro" Avtomobilqayırma Şirkətinin rəhbəri və iki müavini saxlanılıblar. Saxlanılanlar şirkətin istehsal etdiyi avtomobillərin qiymətini süni şəkildə artırmaqda ittiham olunurlar.
2 deputat saxlanıldı



İran parlamentinin sədri Azərbaycana gələcək
Xurma ixracında yenilik
11 deputat koronavirusa yoluxdu
İran peyki kosmosa göndərməyi təxirə saldı
İran bu ölkə ilə vizanı ləğv edir
Azərbaycan nümayəndə heyəti İrana yola düşdü
İranın Zəngəzurdakı konsulluğu harada oturacaq?
İran “Zəfər 2” peykini kosmosa göndərəcək
İran Xəzər dənizini dəmiryolu ilə Fars körfəzinə birləşdirəcək
Çayın qiyməti bahalaşdı
İran seçim arasında qalaraq İrəvanı seçdi
İranda saxlanan aksiyaçıların əksəriyyəti azadlığa buraxıldı - Girov müqabilində
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 