İran Xəzər dənizini dəmiryolu vasitəsi ilə Fars körfəzinə birləşdirmək üçün ciddi addımlar atmaqdadır. ONN media bildirir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini və İranın Dəmir Yolları Şirkətinin icra direktoru Səid Rəsuli "Tasnim" informasiya agentliyinə açıqlamasında deyib. O bildirib ki, bu dəmiryolu Fars körfəzindən başlayır və Şimal-Cənub dəhlizi çərçivəsində Azərbaycana birləşəcək. Rəsulinin sözlərinə əsasən, hazırda bu dəmiryolunda inşa olunmayan hissə Rəşt-Astara dəmiryoludur. “Eyni zamanda Rəşt-Ənzəli və Kaspian limanına dəmiryolu inşa ediləcək” – deyə o qeyd edib. Rəşt-Astara dəmiryolunun uzunluğunun təxminən 164 kilometr olduğunu deyən nazir müavininin sözlərinə görə, İranın Yol və Şəhərsalma Nazirliyi və Dəmir Yolları Şirkəti bu dəmiryolunun inşa edilməsini əsas prioritetlərdən biri hesab edir. Rəsuli deyib ki, dəmiryolunun inşa olunacağı ərazinin bir hissəsinin mülkiyyəti ilə bağlı işlər yekunlaşıb və layihəyə yaxın vaxtlarda başlanacaq. “Bu istiqamətdə olan terminalın bir hissəsindən istifadə edilir və bir ölkənin investisiyası ilə terminal inkişaf etdirilməkdədir”, – deyə o qeyd edib. Şirkət rəsmisi vurğulayıb ki, Rəşt-Astara dəmiryolunun iki il ərzində istismara verilməsi qərara alınıb.
İran Xəzər dənizini dəmiryolu ilə Fars körfəzinə birləşdirəcək



Azərbaycandan İrana 60 milyonluq yatırım
İranla Azərbaycanın dəmir yolları birləşdiriləcək
Azərbaycan İranda 4 terminal inşa edəcək
Azərbaycan, Rusiya və İran arasında nə müzakirə olunacaq?
Azərbaycan İranda 4 terminal inşa edəcək
Martda Azərbaycan və İranın Astarası birləşdiriləcək - FOTO
Dəmir yolunda təcili yardım lokomotivi istifadəyə veriləcək
İranda güclü yanğın baş verdi
Bakı dairəvi dəmiryolu nə vaxt istifadəyə veriləcək
Tehran-Bakı dəmiryol xətti bu tarixdə istifadəyə veriləcək
Məmmədyarovun İran səfərində nə müzakirə ediləcək?
Zəngilandan Naxçıvana avtomobil yolu salınacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 