ONN media xəbər verir ki, ötən gün Bakı şəhəri, Nərimanov rayonu, "Baksol" yolu yaxınlığındakı tikinti materialları bazarında yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 34 ədəd texnika və 141 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən altı ədəd texnika və 60 nəfərdən ibarət canlı qüvvə cəlb olunub. İki yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, üç nəfərə isə yerində yardım göstərilib. İlkin hesablamalara görə, təxminən, 7200 kvadratmetr taxta məmulatları yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub. Oxu.Az-ın əməkdaşları bu gün taxta bazarına baş çəkib, dəymiş ziyanla maraqlanıblar. Əvvəlki görünüşündən əsər-əlamət qalmayan bazarda sahibkarlar yanmış mallarını təmizləyirdilər. Sahibkar Orxan Abbasovun sözlərinə görə, yanğın onun obyektinin yaxınlığında başlayıb: "Dəyəri 300 min manatdan artıq olan taxta yanıb. Hər şey göz qabağındadır". O.Abbasov kompensasiya ilə bağlı yardım ediləcəyinə ümid edir. Yanğına elektrik xətlərindəki qısaqapanmanın səbəb olduğu deyilir. Beləliklə, taxta bazarındakı yanğından geriyə qalanlar:
Taxta bazarındakı yanğından geriyə qalanlar - FOTO/VİDEO



“EuroHome”dakı yanğınla bağlı cinayət işi başlanıldı
Bakıda taxta bazarında YANĞIN
Xaçmaz bazarında yanğın baş verib
Bakıda restoranda yanğın olub
Bakıda taxta sexi külə döndü
Qərargah rəisindən yanğınla bağlı AÇIQLAMA: 7 nəfər təxliyə edilib
Bakıda bazar yandı
Bakıda güclü yanğın başlayıb - YENİLƏNİB
Taxta bazarına nə qədər ziyan dəyib?
Bakıda ticarət mərkəzi yanır: General hadisə yerində - Video
5 mindən çox cücə tələf oldu - Fermada yanğın
Biləcəridə qatar deposunda güclü yanğın olub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 