“EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı cinayət işi başlanılıb. ONN media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva bildirib. Onun sözlərinə görə, nazirliyin Əməliyyat-İstintaq İdarəsi tərəfindən əməliyyat-istintaq qrupu yaradılıb və Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Qeyd edək ki, FHN-in rəsmi məlumatına əsasən, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub. Hadisə ilə bağlı bir neçə nəfər xəstəxanaya yerləşdiririlib. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub. İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb. Hazırda araşdırma işləri davam etdirilir.
“EuroHome”dakı yanğınla bağlı cinayət işi başlanıldı



"Eurohome"dakı yanğının təfərrüatları- YENİLƏNİB
Taxta bazarındakı yanğından geriyə qalanlar - FOTO/VİDEO
“Eurohome”dakı yanğını Baş Prokurorluq araşdırır
Kamran Əliyev yanğınla bağlı göstəriş verdi
Bakıda ticarət mərkəzi yanır: General hadisə yerində - Video
"EuroHome"un direktoru HƏBS EDİLDİ
Binədə güclü yanğın olub- Son durum necədir?- YENİLƏNİB
Yanğın zamanı “EuroHome”dan oğurluq olub, 3 nəfər saxlanldı
Yanğın şəhərlərarası marşrutlarda da problem yaradıb
Azərbaycanın yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşdü
Usubov yanğın baş vermiş ərazidə
Yanğınla bağlı SON DURUM
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 