Gəncə hadisələrinə görə tutulanlardan biri azadlığa buraxılıb. ONN media xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində Gəncə hadisələrində təqsirləndirilən bir qrup şəxsin - Aydın Rüstəmov, Elvin Əliyev, İsa Məhərrəmzadə və digərlərinin şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarı ilə təqsirləndirilənlərdən Elvin Əliyev azadlığa buraxılıb. Bundan başqa təqsirləndirilənlərdən Yavər İsmayılzadə və Zabil Məmmədovun cəzaları 9 ildən 5 ilə, Aydın Rüstəmov, İsa Məhərrəmzadə, Alim Yusifovun cəzaları isə 2 ilə endirilib. Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır. Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y. İsmayılzadə 9 il, A. Rüstəmov 8 il, Elvin Əliyev 6 il müddətinə azadlıqdan məhrum ediliblər. apa.az
Gəncə hadisələrinə görə tutulanlardan biri azadlıqda



İcra başçısını güllələyən Yunis Səfərovun həbsi ilə bağlı YENİ XƏBƏR
Gəncə hadisələrində təqsirləndirilən 7 nəfərə hökm oxundu - 81 il
Gəncə hadisələri ilə bağlı daha iki nəfər həbs olundu
Məhkəmə Yunis Səfərovla bağlı QƏRAR VERDİ
Elmar Vəliyevlə bağlı ekspertiza rəyi açıqlandı
Elmar Vəliyevə qarşı sui-qəsddə təqsirləndirilən 3 nəfərin cəzası azaldıldı
Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin məlumatı
Gəncədə polisi öldürən şəxsin DƏHŞƏTLİ ƏMƏLLƏRİ- Sən demə...
Gəncə hadisəsi ilə bağlı yeni həbs olanların FOTOLARI
Deputat: Bütün Gəncə əhalisi baş verən hadisələrdən narazıdır
Gəncə hadisələrinə görə daha 3 nəfər həbs edildi
Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin məlumatı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 