2018-ci il iyulun 3-ü və 10-da Gəncə şəhərində törədilmiş cinayət hadisələri ilə əlaqədar iyulun 16-da daha 4 nəfər həbs edilib.
Hüquq-mühafizə orqanlarından ONN media -ya verilən məlumata görə, Gəncədə terror aktı, iğtişaşların planlaşdırılması və təşkil edilməsində ittiham edilərək həbs olunanlar Ceyhun Qurbanov, Vüqar Allahverdiyev, Ülvi Həsənov və Alim Yusifovdur.
Qurbanov Ceyhun Ələkbər oğlu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi və gələcəkdə barələrində terror aktı törədilməsi nəzərdə tutulmuş digər şəxsləri izləməkdə və onlar barədə məlumatları Yunis Səfərova çatdırmada təqsirləndirilir. C.Qurbanov Y.Səfərovun yaxın qohumudur.
Həbs edilmiş digər şəxslər isə iyulun 10-da Gəncə şəhərində baş vermiş hadisənin fəal iştirakçıları Allahverdiyev Vüqar Rauf oğlu, Həsənov Ülvi Saləddin oğlu və Şəmkir rayonundan kriminal yönümlü bir neçə şəxsin kütləvi iğtişaşda iştirak etmək üçün Gəncəyə aparılmasını təşkil etmiş Yusifov Alim Vahid oğludur.
Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.



İcra başçısını güllələyən Yunis Səfərovun həbsi ilə bağlı YENİ XƏBƏR
Gəncə hadisələrinə görə daha 3 nəfər həbs edildi
Gəncə hadisələrində təqsirləndirilən 7 nəfərə hökm oxundu - 81 il
Gəncədə törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər həbs edilib
Məhkəmə Yunis Səfərovla bağlı QƏRAR VERDİ
Gəncə hadisələrinə görə daha bir nəfər həbs edildi
Gəncə hadisələrinə görə tutulanlardan biri azadlıqda
Gəncə hadisələri ilə əlaqədar 61 nəfər həbs edilib
Gəncə hadisələri ilə bağlı daha iki nəfər həbs olundu
Elmar Vəliyevlə bağlı ekspertiza rəyi açıqlandı
Gəncə hadisələri ilə bağlı cinayət işi məhkəməyə göndərilib
Elmar Vəliyevə sui-qəsdin daha bir iştirakçısı öldürüldü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 