Keniya ölkə tarixində ilk dəfə dünya bazarına xam neft çıxararaq neft ixracatçıları qrupuna daxil olub. ONN media xəbər verir ki, Keniya Prezidenti Uhuru Kenyatta neftlə dolu ilk tankerin yola salınması ilə əlaqədar Mombas limanında keçirilən təntənəli mərasimdə çıxış edərək bu hadisəni ölkə tarixində dönüş nöqtəsi adlandırıb. Dövlət başçısı, həmçinin göyərtəsində 200 min barel neft daşıyan tankerdə milli bayraq qaldırıb. Keniya neftinin ilk partiyası beynəlxalq hərracda Çin kompaniyası tərəfindən 12 milyon dollara alınıb və emal olunması üçün Malayziyaya yola salınıb. Qeyd edək ki, Keniyada ilk neft yatağı 2012-ci ildə Lokiçar vadisində aşkarlanıb. Yatağın ehtiyatları 560 milyon barel həcmində qiymətləndirilir. Hazırda ölkədə sutka ərzində 80 min barel xam neft hasil olunur. Bununla yanaşı, yeni geoloji tədqiqatlara əsasən, Lokiçar Keniyanı şimaldan cənuba kəsən Böyük rif vadisi üzrə yerləşən nəhəng neft vilayətinin bir hissəsi ola bilər.
Bu ölkə ilk dəfə neft ixrac etdi



Neft ucuzlaşır
ABŞ İrandan müsadirə etdiyi nefti 27 mln dollara satdı
Neftin qiyməti açıqlandı
Azərbaycan nefti bahalaşır
Azərbaycanda neft hasilatı ilə bağlı proqnoz AÇIQLANDI
Nəhəng neft yatağı kəşf edildi
Azərbaycan nefti bahalaşdı
Azərbaycan nefti bahalaşdı
Azərbaycanın "qara qızılı" bahalaşdı
Azərbaycan neftinin son qiyməti
Neft bahalaşdı
Neft bahalaşdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 