Bakı Şəhər İcra Hakimiyyəti KİV-lərdə yeni yaradılmış ictimai çimərliklərdəki vəziyyətlə bağlı yayılan xəbərlərlə bağlı açıqlama yayıb. İcra Hakimiyyətindən ONN media-ya bildirilib ki, dərc edilən məlumatlar həqiqəti əks etdirmir: “Tam rəsmi şəkildə bildiririk ki, Bakı şəhərində Səbail rayonu “Şıx” ərazisində, Xəzər rayonu Buzovna və Binəqədi rayonu Görədil qəsəbələrində IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yeni yaradılmış ictimai çimərliklər pulsuzdur. Çimərliklərdə sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması və təmizlik işlərinin aparılması üçün xidmət personalı fəaliyyət göstərir və bura nəzarətdə saxlanılır. Həmin KİV-lərdə qeyd olunanlar isə şaiyələrdən başqa bir şey deyildir”.
Meriyadan pulsuz çimərliklərlə bağlı açıqlama

