Qarşıdan gələn yay çimərlik mövsümü ilə əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin sahil kənarı ərazilərində yaradılan ictimai çimərliklərdə movsümə hazırlıq işləri başa çatıb. 2 ildır ki, Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində, Səbail rayonunda, “Şıx” çimərlik ərazısındə - ümumilikdə 6 yerdə fəaliyyət göstərən bu çimərliklər şəhər sakinlərinin Leyla xanım Əliyevaya müraciətlərindən sonra paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ olaraq yaradılıb. Burada yaradılan şərait və ən başlıcası isə pulsuz xidmət göstərilməsi Bakı sakinləri və şəhərimizin qonaqlarının böyük rəğbətini qazanıb. Çimərlik mövsümü ərəfəsində ictimai çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılıb. Qış ərzində dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılılıb, digər təmizlik işləri görülüb. Çimərliklərdəki inventarlar, günlüklər, söhbətgahlar, sanitariya qovşaqları və duşlar yoxlanılır, qaydaya salınır, cari təmir işləri, bir sıra yerlərinin rənglənməsi aparılır. COVİD 19 pandemiyasının hələ də davam etməsi ilə əlaqədar vətəndaşların sağlamlıqlarının qorunması məqsədi ilə hər bir çimərlikdə mövcud epidemioloji vəziyyətə uyğun tədbirlər nəzərdə tutulub. Çimərlik ərazilərində maafirləndirici lövhələr, poster və elanlar yenilənir. Çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, həmçinin tibb məntəqələri yaradılacaqdır. Qeyd edilməlidir ki, paytaxtda çimərlik mövsümünün başlanmasının vaxtının təyin edilməsi və burada istirahət qaydaları Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və təlimatları əsasında həyata keçiriləcəkdir.
Paytaxtdakı ictimai çimərliklərdə yay mövsümünə hazırlıq başa çatdı



Bakıda PULSUZ çimərliklər - Bu avtobuslarla getmək olar - SİYAHI
Çimərliyə getmək istəyənlər- Bu yazını mütləq oxuyun
Meriyadan pulsuz çimərliklərlə bağlı açıqlama
Çimərliklər açıldı - Bu ərazilərdə pulsuzdur
İctimai çimərliklər ödənişli olacaq?
Çimərliklərdə monitorinqlərin nəticələri açıqlandı- VƏZİYYƏT NECƏDİR?
Bakıda pulsuz çimərlik azalıb: Agentlik hərəkətə keçdi - VİDEO
Bu çimərliklər bağlana bilər
Leyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkda oldu
Bakıda nümunəvi ictimai çimərlik istifadəyə verildi
Bu çimərliklərdə çimmək olmaz! - DİQQƏT
Çimərliklərə və sahilyanı zonalara giriş pulsuzdur - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 