Xəbər verildiyi kimi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aprel ayı paytaxtda "Təmizlik ayı” elan olunub, bununla bağlı şəhərin bütün rayon və qəsəbələrinin sanitar təmizlik vəziyyəti Bakı Şəhər İcra Hakimiyyətinın xüsusi komissiyası tərəfindən yoxlanılır, gündəlik reydlər keçirilir, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov ONN media -ya bildirib ki, ötən gün paytaxtın Nizami rayonu ərazisində keçirilən reyd zamanı Babək prospektində yerləşən "Piano palas” şadlıq sarayının yaxınlığında məişət tullantılarının zibil konteynerlərinin ətrafına atılaraq ərazidə natəmizlik və antisanitar vəziyyətin yaradılması aşkar edilib.
İcra Hakimiyyətinin sözcüsü qeyd edib ki, araşdırma zamanı məişət tullantılarının bura "Piano palas” şadlıq sarayının işçiləri tərəfindən atıldığı müəyyən edilib:
"Görülən tədbirlər nəticəsində ərazidə təmizlik yaradılmış, pozuntulara yol vermiş şadlıq sarayının məsul nümayəndəsi Ruslan Əkbərov cərimələnib, obyektin sahibinə ciddi xəbərdarlıq edilib.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu gün şəhərimizin təmizliyi, abadlığının lazımı səviyyədə saxlanılması üçün çox böyük işlər görülür. Lakin təəssüf olsun ki, bəzi insanlar buna biganəlik göstərirlər. Şəhərin təmizliyinin qorunması üçün bu reydlər hər gün keçiriləcək və paytaxtımızın sanitar vəziyyətinə xələl gətirənlər, o cümlədən belə işlərə rəvac verən ictimai-iaşə və digər obyektlərin sahibləri və məsul şəxslərinə qarşı ən ciddi cəza tədbirləri görüləcəkdir".



Ərazini zibilləyən şadlıq evi cərimələndi
Paytaxt küçələri yenə yuyuldu
Bir sıra məmurlar ciddi cəzalandırıldı
Məmurlar cəzalandırıldı: BU SƏBƏBƏ... - FOTO
Bu gün Bakının 549 küçəsi yuyuldu
Bu gün Bakının 550 küçəsi yuyuldu
Bakıda "dezinfeksiya həftəsi" elan edildi
Küçələrdəki vəziyyətlə bağlı rəsmi açıqlama
Bakıda ilk qardan sonra geniş təmizlik aparıldı
Bakı Şəhər İcra Hakimiyyətindən vətəndaşlara MÜRACİƏT: iyulun 31-də...
Çimərlikdə karantin qaydalarını pozdular - CƏZA ALDILAR
Bakıda iki icra başçısına xəbərdarlıq edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 