Yay mövsümünün gəlməsi ilə çimərliklərə maraq artmağa başlayıb. Bakı sakinləri və qonaqları üçün bir neçə pulsuz çimərlik fəaliyyət göstərir. Bu çimərliklərdə dənizdən və günəşdən zövq almaq mümkündür.
ONN media-nın məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın bir neçə qəsəbəsində baxımsız sahilyanı ərazilərdə pulsuz ictimai çimərliklər təşkil edilib.
Bu çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri tamamlanıb və ziyarətçilərin istifadəsinə hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, çimərlik ərazisinə giriş və yaradılan bütün imkanlar tamamilə ödənişsiz istifadə üçün nəzərdə tutulub.
Ödənişsiz çimərliklər və onların yerləşdiyi ərazilər:
- Sahil Çimərliyi (Lökbatan)
- Yerləşdiyi Qəsəbə: Lökbatan
- Gediş Yolları: 149 nömrəli avtobus
- Buzovna Çimərliyi
- Yerləşdiyi Qəsəbə: Buzovna
- Gediş Yolları: 107 nömrəli avtobus
- Novxanı Çimərliyi
- Yerləşdiyi Qəsəbə: Novxanı
- Gediş Yolları: 123 nömrəli avtobus
- Görədil Çimərliyi
- Yerləşdiyi Qəsəbə: Görədil
- Gediş Yolları: 108, 134 nömrəli avtobuslar
- Pirşağı Çimərliyi
- Yerləşdiyi Qəsəbə: Pirşağı
- Gediş Yolları: 173 nömrəli avtobus
- Şıx Çimərliyi
- Yerləşdiyi Rayon: Səbail
- Gediş Yolları: 125, 127, 149 avtobuslar.
Məlumat üçün bildirək ki, bu çimərliklərdə ətraf mühitin qorunması üçün təmizlik qaydalarına riayət etmək vacibdir. Çimərliklərdə tullantıların düzgün şəkildə atılması, dənizin və sahil zolağının təmiz saxlanılması hər bir vətəndaşın vəzifəsidir.



Çimərliklər açıldı - Bu ərazilərdə pulsuzdur
Çimərliyə getmək istəyənlər- Bu yazını mütləq oxuyun
Paytaxtdakı ictimai çimərliklərdə yay mövsümünə hazırlıq başa çatdı
İctimai çimərliklər ödənişli olacaq?
Meriyadan pulsuz çimərliklərlə bağlı açıqlama
Çimərliklərdə giriş niyə ödənişlidir?
Bakıda nümunəvi ictimai çimərlik istifadəyə verildi
Bakıda pulsuz çimərlik azalıb: Agentlik hərəkətə keçdi - VİDEO
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
Bu gündən istifadəyə verilən çimərliklər — FOTOLAR
Çimərliklər artıq müştərilərin üzünə AÇIQDIR
Çimərliklər həftəsonu fəaliyyət göstərməyəcək? — RƏSMİ AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 