“Tez-tez bu cür suallarla qarşılaşıram “Niyə sosial şəbəkədə dostluq sorğusu göndərən hər kəsin təklifini qəbul edirsiniz?”. Bu sualın çox sadə bir cavabı var. Hesab edirəm ki, hər bir dövlət məmuru xalqla sıx təmasda olmalı, vətəndaşları dinləməli, onların üzləşdikləri problemlərin həlli üçün səy göstərməlidir”.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov “Facebook”dakı şəxsi profilində yazıb.
O bəyan edib ki, dilindən, dinindən, etnik və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımızın üzləşdiyi problemə, onları narahat edən məsələlərə həssas yanaşmaq, bu kimi məsələlərin əks olunduğu müraciətlərə çevik və operativ reaksiya vermək ölkə başçısı tərəfindən qarşıya qoyulmuş ən ümdə vəzifələrdən biridir: “Bu vəzifəni layiqincə yerinə yetirmək üçün mümkün olduğu qədər hər bir fərdi dinləmək, onlarla ünsiyyətdə olmaq lazımdır. Danılmaz həqiqətdir ki, hal-hazırda qloballaşan dünyanın yeni reallıqlarından olan sosial media gün ərzində minlərlə insanla dialoq qurmaq, cəmiyyətdə baş verən proseslərin ruhunu duymaq, təhlil etmək və xəbərdar olmaq üçün ən əlverişli platformadır. Ona görə də, mənim uzun illərdir ki, bu platformada aktiv təmsil olunmağım heç kimə təəcüblü gəlməməlidir. Təəssüf ki, sosial media eyni zamanda zərərli və təxribat xarekterli çağırışların tirajlanması baxımından da münbit məkandır. Buna baxmayaraq, bildirmək istəyirəm ki, Prezidentin köməkçisi kimi mən sosial şəbəkələr vasitəsilə də vətəndaşlarımızı dinləməyə, onların narahat edən məsələlərə aydınlıq gətirməyə hər zaman hazıram”.


“Məndən soruşurlar ki, niyə hər kəsin təklifini qəbul edirsiniz?” – Əli Həsənov
“Milliyyət” sözü “etnik mənsubiyyət” ifadəsi ilə əvəz edildi
Əli Həsənov hansı işlə məşğul olacaq? — AÇIQLAMA
Əli Həsənov: "Kimlərinsə təhqir və söyüşlərinin mənimlə əlaqələndirilməsi cəhdini təxribat hesab edirəm"
Əli Həsənovdan İbrahimova möhtəşəm - Cavab
Professor Əli Həsənov: “Prezident İlham Əliyev millətimizin qürur yeridir”
İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb
"Facebook" dan baş verənlərlə bağlı - RƏSMİ İZAHAT
Ağ Evdən "Facebook" AÇIQLAMASI
Əli Həsənov:“Nursultan Nazarbayevin müdrik siyasətinin nəticəsində Qazaxıstanda ümummilli həmrəylik var”
Onlar salnamə yaradırlar – Əli Həsənov
Əli Həsənov: "Özümü çox güclü hesab edirəm”
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 