Noyabrın 27-də Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə “Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilindəki nəşrinin təqdimat mərasimi keçirilir. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri, Qazaxıstan Respublikası Birinci Prezidenti Kitabxanasının direktor müavini Мahmud Kasımbekov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali və başqaları iştirak edirlər. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, kitabın ön sözünün müəllifi Əli Həsənov tədbirdə çıxış edib. Əli Həsənov Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq əlaqələrindən, təqdimatı keçirilən əsərin məziyyətlərindən danışıb. Prezidentin köməkçisi eyni taleyi yaşayan xalqlarımızın həyatında liderlərin danılmaz rolundan söhbət açıb. Qeyd edilib ki, Nursultan Nazarbayevin müdrik siyasətinin nəticəsi olaraq hazırda Qazaxıstanda xalqlar və millətlər arasında möhkəm sülh, sabitlik hökm sürür, multikultural dəyərlər daşıyan funksional bir cəmiyyət formalaşıb. 130-dan artıq xalqın nümayəndələri, o cümlədən azərbaycanlılar vətəndaş sülhü və ümummilli həmrəylik şəraitində yaşayır və fəaliyyət göstərirlər. Kitabı rus dilindən Azərbaycan dilinə Azərbaycan Ali Media, İ.Qaspralı adına Beynəlxalq Türk Akademiyasının media mükafatları laureatı, publisist-jurnalist, Azərbaycan Televiziyasının Orta Asiya ölkələri üzrə müxbir bürosunun keçmiş rəhbəri Aida Eyvazova (Aida Eyvazlı Göytürk) tərcümə edib. Nəşrin məsləhətçiləri Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali və Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev, redaktoru Vəli Əkbərdir.
Əli Həsənov:“Nursultan Nazarbayevin müdrik siyasətinin nəticəsində Qazaxıstanda ümummilli həmrəylik var”



Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək - Əli Həsənov
Qazaxıstanda partiyanın siyasi bürosunda dəyişiklik edilir?
Əli Həsənov: Azərbaycan-Qazaxıstan münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağa nail olmuşuq - FOTO
Əli Həsənovdan AzTV və İTV ilə bağlı təklif
Nazarbayev İlham Əliyevə başsağlığı verdi
Qırğız prezidenti Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşdü
Nazarbayev Bülbüloğluna məktub ünvanladı
Prezident İlham Əliyev Nursultan Nazarbayevə telefonla zəng edib
Astanada Ümumdünya Türkoloji Konqresi keçiriləcək - FOTO
Nazarbayevin bacısı oğlu saxlanıldı, özü isə...
İlham Əliyev Nursultan Nazarbayevə zəng elədi
İlham Əliyev Qazaxıstanın Parlament Məclisinin sədrini qəbul edib- YENİLƏNİB
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 