Türkiyənin Vətən Partiyasının gənclər təşkilatı görkəmli dövlət xadimi Tələt paşaya qarşı Ermənistan dövləti tərəfindən edilmiş təhqirlə bağlı Ankarada izdihamlı etiraz nümayişi keçirib. ONN media Azərtac-a istiandən xəbər verir ki, Ankaranın mərkəzi Ulus meydanında təşkil olunan nümayişdə minlərlə insan iştirak edib. “Erməni qatilə ucaldılan heykəl yıxılacaq”, “Ermənistan Qarabağdan rədd ol!”, “Xocalı soyqırımını törədənlər cəzalansın!”, “Bir Tələt gedər, min Tələt gələr!” kimi şüarlarla yürüş edən nümayişçilər 1921-ci ildə Tələt paşanı namərdcəsinə kürəyindən vuraraq qətlə yetirən erməni terrorçu Soğoman Tehliryana Yerevanda ucaldılan heykəlin götürülməsini tələb ediblər. Nümayişçilər adından yayılan bəyanatda bildirilir ki, sözügedən heykəlin quruluşu və siyasi mahiyyəti insanlıq əleyhinə cinayətdir. Nümayişçilər Türkiyənin dövlət və hökumət orqanları qarşısına məsələ qaldırıblar ki, bu heykəlin götürülməsi üçün bütün diplomatik vasitələrdən istifadə olunsun, o cümlədən beynəlxalq təşkilatlar qarşısına qətiyyətlə məsələ qaldırılsın. Bəyanatda göstərilir ki, Türkiyə gəncliyi heç vaxt Tələt paşaya göstərilən təhqir və həqarəti bağışlamayacaq. Nümayişdə, həmçinin Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin dayandırılması, o cümlədən 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində soyqırımını törədənlərin cəzalandırılması tələb olunub. Dünya birliyinin bu acı həqiqətlərə göz yummasının yolverilməz olduğu ifadə edilib.
Ankarada Ermənistana qarşı etiraz aksiyası keçirildi - FOTOLAR



Türkiyədə müəllim Xocalıda qətlə yetirilən hamilə qadının heykəlini hazırladı
İsraildə yenidən etiraz aksiyası keçirilib
Kanadada yaşayan azərbaycanlılar etiraz aksiyası keçirdi
Qarabağdan olan ermənilər etiraz aksiyası keçirir - SON DƏQİQƏ
Putindən Tələt Əliyevlə bağlı QƏRAR
Natəvanın heykəli ilə bağlı məlumat
Beyrutda vəziyyət GƏRGİNLƏŞİR: XİN binasına hücum edildi
Azərbaycanlılar Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirdi
Azərbaycanlılar Tbilisidə etiraz aksiyası keçirir – CANLI YAYIM
İranda hökumət tərəfdarları da KÜÇƏLƏRƏ AXIŞDI
Paşinyan vətəndaşları həbs etdirir
Azərbaycanlılar Gürcüstanda AYAĞA QALXDI – Parlamentin qarşısında aksiya olacaq
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 