Xurşidbanu Natəvanın heykəlinin olduğu bağın ləğv olunacağı, heykəlin oradan götürüləcəyi barədə mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir.
ONN media xəbər verir ki, bu barədə eksklüziv olaraq Azərtac-a Fransanın Evian-lö Bən şəhər meriyasının ümumi şöbəsindən bildirilib.
Qeyd edilib ki, Evian-lö Bən şəhərindəki görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı törədilib, daş lövhələr sındırılıb.
“Meriya heykəlin təmir edilməsi və təmizlənməsi, eləcə də bağın adını daşıyan daş lövhələrin bərpası üçün mütəxəssislər axtarır. Bərpa edildikdən sonra lövhələr də, heykəl də öz yerində qalacaq”, - deyə açıqlamada vurğulanıb.
Meriyadan o da bildirilib ki, Evian-lö Bən meri heykəlin vandalizmə məruz qalması ilə bağlı polisə müraciət edib:
“Biz hesab edirik ki, bu heykəl iki xalq arasında mədəni birliyi əks etdirir və xalqlar arasında mədəni körpüdür. Bu, şəhərimizin bağıdır və bu, bizə hədiyyə olunub”.
Evian şəhər meriyasından verilən açıqlamada İsmayıllını qardaş şəhər saydıqları vurğulanıb və qeyd edilib:
“Bu gün vəziyyət siyasi səviyyədə səslənir, ancaq biz siyasətçi deyilik və şəhərimiz qardaşlaşdığı şəhərlə əlaqələri qoruyub saxlayır və saxlayacaq. Sabah İsmayıllıdan nümayəndə heyəti gələrsə, onları qarşılamağa hazırıq. Təəssüf ki, İsmayıllı ilə əlaqələrimiz bayramlarda təbrik mübadiləsi səviyyəsində qalıb. Koronavirus pandemiyasından sonra əlaqəmiz olmayıb.
Fransız dilində yazılan məqalə bələdiyyə şurasının iclasında söylənilənləri tamamilə təhrif edib. Ondan sonra belə bir məsələ qaldırılıb, amma meriya bütün bu təklifləri rədd edib və bağın, eləcə də heykəlin qalacağını, dostluğun davam edəcəyini bildirib. Mətbuatda yayılan xəbərlərdə deyilir ki, bu bağ ləğv olunacaq, amma biz belə sözlər deməmişik və bu xəbər həqiqəti əks etdirmir”



Fransadakı azərbaycanlılar buna görə aksiya keçirdi
Natəvanın heykəlini sökən ermənilərdir?
Xurşidbanu Natəvanın 190 illiyi Şuşada qeyd olunacaq
Ceffersonun Nyu-Yorkdakı heykəli söküləcək
Nazirlikdən Tofiq Bəhramovun heykəli ilə bağlı - AÇIQLAMA
Ermənilərin Xurşidbanu Natəvanın heykəlinə etdikləri hörmətsizlik qınandı
Naxçıvanda Nərimanovun heykəlini niyə söküblər?
Ağdamda yeni abidənin açılışı oldu
Prezident sərəncam imzaladı
Bakıda heykəllər yuyulacaq - Siyahı
Bakıda Milli Qəhrəmanın heykəli ucaldılır
Nərimanovun Gürcüstandakı heykəli bərpa olunur
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 