Sentyabrın 2-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ciddə şəhərində yerləşən Əs-Səlam Kral sarayında İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud ilə görüşüb. QMİ-dən ONN media -ya bildiriblər ki, Şeyxülislam Allahşükür Paşazadə Kral Salman bin Əbdüləziz Al Səuda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını, dost Səudiyyə Ərəbistanına xoşbəxtlik, sabitlik və inkişaf diləklərini yetirib. Allahşükür Paşazadə Kral Salman bin Əbdüləziz Al Səudun Ermənistan tərəfindən təcavüzə məruz qalmış Azərbaycana verdiyi ənənəvi dost, qardaş dəstəyini Prezident İlham Əliyevin və xalqımızın həmişə yüksək qiymətləndirdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan müsəlmanları bu gün mənəvi intibah dövrünə qədəm qoyub. Məscidlərimizin sayı 2000-i keçir, İslam dininin tədris olunduğu ali təhsil ocaqlarımız çoxalır. Ölkəmizdə başqa dinə etiqad edənlər də öz ibadətlərində azaddırlar. Bu ilin noyabr ayında Bakıda dinlərarası sammit keçiriləcək və bu, Azərbaycana olan beynəlxalq etimaddan xəbər verir. QMİ sədri Həcc zəvvarlarının yüksək səviyyədə qarşılanması üçün Krala minnətdarlığını ifadə edib. A.Paşazadə Səudiyyə Ərəbistanı və Azərbaycan arasındakı münasibətlərin bütün İslam aləmi üçün bir nümunə olmasını diləyib. Görüşdə tərəflər iki dost və qardaş dövlət arasında əməkdaşlıq məsələlərini müzakirə edib, İslamın sülh və mötədillik dini olaraq təlim edilməsinin vacibliyi barədə fikir mübadiləsi aparıblar. Görüşdə Səudiyyə Ərəbistanının Daxili İşlər naziri Şahzadə Əbdüləziz bin Səud bin Nəyif bin Əbdüləziz, Kral Divanının müşaviri Səəd Nasir Əl-Şisri, Xarici İşlər naziri İbrahim bin Əbdüləziz Əl-Əssaf və İki Müqəddəs Məscidin Xadiminin xüsusi katibinin köməkçisi Təmim bin Əbdüləziz Əs-Səlim, Azərbaycan tərəfdən isə QMİ sədrinin müavini müfti Salman Musayev və Milli Məclisin deputatı Cavanşir Paşazadə iştirak ediblər.
Allahşükür Paşazadə Səudiyyə kralı ilə görüşdü



Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına getdi
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının yeni səfirinin etimadnaməsini qəbul edib
Allahşükür Paşazadə qan verdi
İlham Əliyev səudiyyəli nazirlə görüşüb
Allahşükür Paşazadə Rusiyaya gedir
Prezidentdən Allahşükür Paşazadə ilə bağlı - SƏRƏNCAM
Allahşükür Paşazadə erməni dini liderlə görüşünün mümkünlüyündən danışıb
Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü başlayıb
İlham Əliyev Səudiyyə kralına məktub göndərdi
Mehriban Əliyeva Allahşükür Paşazadəni təbrik etdi
QMİ sədri: "Bu, Prezident İlham Əliyevin fikridir"
Azərbaycan, Rusiya və Ermənistan dini liderləri Moskvada görüşəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 