Hacıqabul rayonunda xalası qızını öldürməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Ayəddin İsmayılzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ONN media xəbər verir ki, o, sevgi münasibətində olduğu xalası qızı Rəvanə Məliklinin gizli olaraq başqa şəxslə telefonla danışıb, ona xəyanət etməsindən şübhələnib. Bu səbəbdən Rəvanə ilə mübahisə edib, sonra xalası qızının xəyanət etməsini qətiləşdirib, onu öldürmək qərarına gəlib. Bu məqsədlə Ayəddin İsmayılzadə 23 iyun 2018-ci il tarixdə, saat 23.50-də Rəvanənin müvəqqəti yaşadığı, nənəsi Nazilə Salayevaya məxsus olan Hacıqabul rayonun Muğan qəsəbəsində yerləşən evinə gəlib. O, evin yataq otağında Rəvanə ilə söhbət edərkən onu öldürmək niyyətini həyata keçirmək istəyib. Qəflətən Rəvanənin boğazından tutaraq boğmağa başlayıb. Rəvanənin müqavimətini qırandan sonra özündə olan bıçaqla boğaz nahiyəsini kəsərək, onu qətlə yetirib. Sevgilisini nənəsinin evində öldürən Ayəddin İsmayılzadə daha sonra evdən çıxıb və birbaşa Hacıqabul rayon polis şöbəsinə gəlib. O, törətdiyi cinayəti etiraf edib. İstintaq orqanı tərəfindən Ayəddin İsmayılzadənin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ayəddin İsmayılzadə 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi, atası Məlikağa Məlikov apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin barəsində ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını istəyib. O, apelyasiya şikayəti onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsinin hökmü cəzanın yüngüllüyünə görə qanunsuzdur: “Törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik və ağırlıq dərəcəsi təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza verilməsini şərtləndirir. İşin hallarından göründüyü kimi, Ayəddin İsmayılzadə mərhum Rəvanə Məliklini ölməmiş vəziyyətdə başını kəsib. Bu cinayət əməli insanlığa sığmayan bir vəhşilikdir. Məhkəmə tərəfindən bu hallar nəzərə alınmayıb”. Ayəddin İsmayılzadə də hökmdən narazı qalıb və apelyasiya şikayəti verib. O, barəsində aşağı həddə cəza təyin olunmasını xahiş edib. Hər iki tərəfin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Rafiq Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Tərəflərin şikayəti təmin olunmayıb.
Qorxunc hadisə: “Telefonda kiminlə danışırsan?..” – Sevdiyi qızın başını kəsdi



Azərbaycanda DƏHŞƏT: Ata qızını və özünü güllələyərək öldürdü
Bakıda TÜKÜRPƏDİCİ CİNAYƏT - Ata 2 yaşlı körpəsini öldürmək istədi
Xalası oğlunu 50 manata görə bıçaqladı
Bakı metrosunda OLAY: ana qızını...
Əhmədlə bağlı daha bir iddia
Röya Ayxan ilk dəfə müğənni xalası qızı ilə
Öldürülərək quyuya atılan 4 yaşlı qızın atası danışdı
Füzulidə dəhşətli cinayət- Yoldaşını elə birşeyə görə öldürdü ki...
Azərbaycanda ŞOK HADİSƏ – Çağırılmamış qonaq şadlıq evinə gəldi, bəy bıçaqlandı, atası öldü
Şəhid xanımının qətlinin PƏRDƏARXASI: Əlləri ilə boğduqdan sonra nəfəs alıb-almadığını yoxlayıb
Bakıda arvadını qətlə yetirən kişiyə AĞIR CƏZA
DƏHŞƏTLİ QƏTL: Bakıda qız onu danlayan 83 yaşlı anasına 49 bıçaq VURDU
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 