Xəbər verdiyimiz kimi, yanvarın 31-də Bakıda 4 yaşlı qız öldürülərək quyuya atılıb.
ONN media bildirir ki, istintaq ilkin olaraq belə nəticəyə gəlib ki, 4 yaşlı qızı onun qonşusu 32 yaşlı Mansurov Mehman Malik oğlu qətlə yetirib. O balaca qızı öldürüb quyuya atandan sonra üzərinə torpaq və daş ataraq izi itirməyə çalışıb.
Hadisə ilə bağlı İTV-yə danışan qızın atası Taleh Allahyarov bildirib ki, o qızı Məryəmi yanvarın 23-də qonşuya təhvil verərək işə gedib. Geri qayıtdıqda isə qonşu uşağın onlarda olmadığını deyib və həmin gündən Məryəm itkin kimi axtarışda olub: “Həyat yoldaşımla boşandıqdan sonra Məryəm mənim yanımda qalırdı. İşə gedib-gəldiyim üçün uşağa baxa bilmirdim. Bunun üçün də onu qonşuya verirdim ki, mən gələnə qədər ona nəzarət etsinlər. Axrıncı dəfə Mehmanla yanvarın 23-də danışdım. Dedi ki, uşağı xalası qızına verib, 20 dəqiqəyə gətirib çatdıracaq. Amma daha sonra nə qədər zəng etsəm də, telefonuna zəng çatmadı. Bundan sonra axtarışa verdik”.
Mərhumun atası bildirib ki, o qızının qonşusunun həyətindəki quyuda basdırıldığından şübhələnib: “Həmin quyunun içindən daşları mən özüm çıxarmışdım. Daha sonra gördüm ki, təzədən içinə atılıb. Onda bildim ki, o quyuda nəsə var”.
Cinayəti törətməkdə təqsirli bilinən Mehman Mansurov da hadisə yerinə gətirilib. O hadisəni törətdiyi yeri və 4 yaşlı qızın meyitini atdığı quyunu göstərərək əməlini etiraf edib.



Bakıda atanın qonşuya tapşırdığı 4 yaşlı qızın qətlində təqsirləndirilən şəxs HAKİM qarşısında
Meyiti tapılan 4 yaşlı qız öldürülübmüş – Təfərrüat
Öldürülən 4 yaşlı qızın atasına cinayət işi açıldı
Bakıda meyiti quyuya atılmış 4 yaşlı qızın ölüm səbəbi bilindi
Azərbaycanda İNSANLIQ DRAMI: Uşağı qonşuya qoyub getdi, geri qayıtmadı
Təcavüzə məruz qalan 11 yaşlı qız başına gələnləri DANIŞDI: Mənə dərman verib...
Ərə verilən 15 yaşlı qızın ATASI DANIŞDI: Qızım Bakıda...
Bakıda dəhşətli qətl- Boğazını kəsib quyuya atdılar
Azərbaycanda dəhşətli hadisə: 13 yaşlı qızı atası və qardaşı...
Bakıda kişi məktəbli qızı oğurladı və...- DƏHŞƏT
Ağsuda ağır yol qəzası olub- YARALILAR VAR
Azərbaycanda daha bir 17 yaşlı qız özünü öldürdü - Məcburi ərə vermək istəyiblər
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 