ONN media xəbər verir ki, son 14 il ərzində Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan onkoloji xəstələrin sayı 2 dəfədən çox artıb. 2018-ci ildə Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan onkoloji xəstələrin sayı artaraq 48 685-ə yüksəlib. 2017-ci ildə bu say 45 756, 2015-cı ildə 40 653, 2010-cu ildə 28 052, 2005-ci ildə 23 088 olub. 2018-ci ildə ölkədə 11 123 nəfərə ilk dәfә onkoloji diaqnoz qoyulub ki, bu say da 2005-ci ildə 6 277 olub. 2005-ci ildə əhalinin hәr 100 000 nәfәrinin 74,9 nəfərinə ilk dәfә onkoloji diaqnoz qoyulduğu halda, 2018-ci ildə bu say da artaraq 113,3 olub. Ötən il ilk dəfə onkoloji diaqnoz qoyulanların 5 468-i kişi, 5 655-i qadın olub. Keçən il ilk dəfə onkoloji diaqnoz qoyulanların 103-ü yaşı 13-dək olan uşaqlar, 21-i 14-17 yaşlı uşaqlar, 243-ü 18-29 yaşlı gənclər, 254-ü 30-34 yaşlı, 366-sı 35-39 yaşlı insanlardır. Onkoloji diaqnoz qoyulan insanların böyük hissəsi yaşı 40-dan çox olanlardır. Keçən il 4 836 nəfər 40-59 yaşlı, 5 300 nəfər 60 vә yuxarı yaşlı insana ilk dəfə onkoloji diaqnoz qoyulub. Ötən il onkoloji diaqnoz qoyulanların çoxuna (1 799) süd vəzisinin bədxassəli şişi diaqnozu təyin edilib. Ötən il 1 341 nəfərə traxeya, bronx, ağciyərin, 1 211 nəfərə mədənin, 426 nəfərə qida borusunun, 201 nəfərə ağız boşluğunun və udlaq vəzinin bədxassəli şişi diaqnozu qoyulub (Trend).
Azərbaycanda onkoloji xəstələrin sayı ilə bağlı ŞOK STATİSTİKA



Azərbaycandakı vərəm xəstələrinin STATİSTİKASI
Ölkədə şəkərli diabet xəstələrinin STATİSTİKASI
Azərbaycandakı narkomanların sayı AÇIQLANDI
Ölkədə boşananların sayı artıb - SON 5 İLİN ƏN YÜKSƏK SAYI
Ölkədə spirtli içkidən asılı olan insanların SAYI NƏQƏDƏRDİR?
Azərbaycanda abort edən qadınların sayı məlum oldu
Azərbaycanda Şok statistika- 18 yaşlı oğlanlar...
Azərbaycanda yeniyetmələrin törətdiyi cinayətlərin sayı nə qədərdir?
Onkoloji xəstəliklər gələn ildən icbari tibbi sığortaya cəlb ediləcək
Bu il neçə körpəyə Nəsimi adı qoyulub? - STATİSTİKA
Azərbaycanda qadınların sayı azalır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 