Komfortlu və müasir “Bakı Bus” avtobuslarında ön qapının bir layının açılması, intervalın düzgün tənzimlənməməsi sərnişinləri ən çox narahat edən problemlərdəndir. Bu problemlər mətbuatda və sosial şəbəkələrdə qeyd edilsə də, aktual olaraq qalır və hələ də öz həllini tapmayıb.
ONN media xəbər verir ki, bu sözləri “Bakı Bus” avtobusları ilə bağlı səslənən şikayətlər barədə danışan nəqliyyat eksperti Azər Allahverənov deyib. O bildirib ki, sərnişinlər avtobuslarda rastlaşdıqları problemlərlə bağlı mütləq Bakı Nəqliyyat Agentliyinin qaynar xəttinə müraciət etməlidirlər:
“Bu problemlər həm “Bakı Bus” avtobuslarında, həm də digər daşıyıcı şirkətlərə məxsus avtobuslarda var. BNA-nın aiddiyyəti strukturları qaynar xəttə daxil olan şikayətlərlə bağlı ciddi araşdırma aparmalıdırlar”.
Ekspert “Bakı Bus” avtobuslarının bəzən hərəkətdə olarkən, təhlükəli manevrlər etdiyini də qeyd edib:
“Əlbəttə, 5 il bundan qabaq paytaxtın nəqliyyat sistemindəki xoşagəlməz hallara daha geniş rast gəlinirdi və bu gün onların bir çoxu aradan qaldırılıb. Bu gün aidiyyəti strukturların, KİV-lərin, vətəndaş cəmiyyətinin, ekspertlərin problemlərlə mübarizəsi müəyyən mənada müsbət dəyişikliklərə gətirib çıxarıb. Amma yenə də çatışmazlıq var. Maarifləndirilmə və zəruri tədbirlər həyata keçirilməlidir. BNA bu məsələdə kifayət qədər fəal olmalıdır. Çünki onlar bu sahəyə cavabdeh qurumdur”.
A.Allahverənov avtobusların hərəkət istiqamətində və onlar arasındakı interval məsələsinin də ciddi problem olduğunu bildirərək qeyd edib ki, avtobusların hərəkət istiqaməti mövcud reallığı, əhalinin sıxlığı nəzərə alınaraq müəyyən edilməlidir.
Nəqliyyat eksperti Elməddin Muradlı isə “Bakı Bus” avtobusları arasındakı intervala Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin ciddi nəzarət etməsinin lazım olduğunu bildirib:
“Bəzən olur ki, tıxac yaranır və bir neçə avtobus da tıxacda qalır. Yenidən hərəkət bərpa olduqda isə eyni vaxtda dayanacağa bir xətt üzrə hərəkət edən bir neçə avtobus yaxınlaşır. Düşünürəm ki, mərkəzin işi bu istiqamətə yönəlsə, interval məsələsi tənzimlənə bilər”.
Ekspert onu da qeyd edib ki, paytaxtdakı avtobus dayanacaqları 1-2 avtobus üçün nəzərdə tutulsa da, bəzən bir neçə avtobus eyni vaxta dayanacağa daxil olur:
“Avtobus dayanacaqları normalda 2 avtobusdan artıq tutmur. Lakin bəzən olur ki, bir dayanacaqda 4-5 avtobus dayanır. Bu əhalinin sıx olduğu yerlərdə, metro yaxınlığında xaosun yaranmasına səbəb olur. Buna görə də vahid mərkəzdən idarə olunan interval sistemi qurulmalıdır”



Bakı avtobuslarında “təyyarə rejimi” – BNA-dan açıqlama
"Baku bus" sərnişinləri belə təhqir edir
Bakıda avtobuslarda kondisionerlər qoşuldu
Marşrut avtobuslarında dezinfeksiyaedici məhlul yerləşdirilib
Marşrut avtobuslarında gediş haqqı 1 manat olacaq? - RƏSMİ AÇIQLAMA
Avtobuslarda kondisioner nə vaxtdan işləyəcək? - VİDEO
Avtobusda maskasız sərnişin aşkarlanarsa, polisə məlumat veriləcək
Bu marşrutlar da kart sisteminə keçir
Bakıda avtobus sürücüləri arasında əlbəyaxa DAVA — VİDEO
Bakı Nəqliyyat Agentliyi yeni qaydaların tətbiqinə BAŞLADI
Bakı metrosundan istifadə ilə bağlı yeni qaydalar qoyulacaq
Bakıdan Sumqayıta gedənlərə ŞAD XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 