-ci ildə ölkəyə gətirilən komfortlu “Bakı Bus” avtobusları yanlış idarəetmə nəticəsində sərnişinlər üçün arzulanan nəqliyyat vasitəsi dəyərini itirir.
ONN media xəbər verir ki, vətəndaşlar yay fəsli boyunca bu avtobusların əksəriyyətində kondisionerlərin işləmədiyi və yaxud, salonların normal soyudulmadığından şikayətləndilər. Sürücülər bu problemin kondisioner sisteminin istifadə müddətinin bitməsi ilə əlaqədar olduğunu bildirirdilər.
Bundan başqa, bu avtobuslara daxil olarkən ön qapının iki layından yalnız birinin açılması da sərnişinlər üçün ən böyük təhqirlərdən hesab edilir. Əvvəllər yalnız pik saatlarda müşahidə olunan bu hal artıq bütün saatlarda və bütün avtobuslara tətbiq edilir. Ekspertlər hesab edirlər ki, “Bakı Bus” bu yolla sərnişinlərə güvənmədiyini göstərir və “sən oğrusan” mesajını vermiş olur.
Düzdür, bəzi sərnişinlər nadir hallarda da olsa, ödəniş etmədən avtobusa daxil olurdular, lakin bir nəfər üçün bütün sərnişinlərin təhqir edilməsi yanlışdır və dünya praktikasında bu cür ağlasığmaz metoda rast gəlinməyib.
Ön qapının bir layının bağlanması fiziki cəhətdən iri olan insanların, əli yüklü yaşlıların və hamilə qadınların avtobusa minməsində ciddi problem yaradır. Sosial şəbəkə istifadəçiləri bildirirlər ki, BNA-nın sədri Vüsal Kərimlinin tətbiq etdiyi bu metod problemi nəinki həll etmir, həm də bu komfortlu və lüks avtobusların nümunəvi xidmətinə kölgə salır.
BNA bu yolla həm vətəndaşları təhqir edir, həm də dövlət vəsaiti hesabına alınan bu avtobusların qapısının tez-tez sıradan çıxmasına səbəb olur. Artıq bu avtobusların qapısının yalnız bir layının açılması üçün edilən müdaxilə nəticəsində bir neçə dəfə qapının sıradan çıxmasının şahidi olmuşuq.
Təəssüf ki, “Bakı Bus”un problemləri bunlarla bitmir. İntervalın düzgün tənzimlənməməsi və GPS nəzarətinin doğru aparılmaması nəticəsində sərnişinlər bəzən 20-30 dəqiqə avtobus gözləməli olurlar. Yarım saat sonra isə eyni marşrut üzrə hərəkət edən “Bakı Bus” avtobuslarını ard-arda 2-3, bəzən isə 4-5-nin sıralandığını görürük. Sürücülər və şirkət nümayəndələri bunu avtobusların tıxacda qalmaları ilə əlaqələndirsələr də, əslində, məsələnin kökündə şirkət tərəfindən avtobusların izlənməsinə ciddi nəzarət edilməməsi dayanır.
BNA bütün bunlarla yanaşı, bir məsələdə də sərnişinləri aldadır. Belə ki, qurum “Bakı Bus” avtobuslarında Vay-Fay sisteminin quraşdırılacağını bildirsə də, 4 ildən çoxdur ki, bu sistem işləmir və bu sistemi qoşmaq heç yada da düşmür.
Təəssüf ki, media və sosial şəbəkələrdə səslənən bu iradların aradan qaldırılması və konfortlu avtobusların imkan verdiyi səviyyədə nümunəvi xidmətinin təşkil edilməsi üçün səslənən təkliflərin BNA rəhbərliyi tərəfindən qulaqardına vurulması, üstəlik, tənqidlərə qarşı qeyri-adekvat münasibət, təbliğatda yalan siyasəti qurumun özünün müsbət fəaliyyətinə də kölgə salır.axar.az



Köhnə avtobusların aqibəti necə olacaq?
Bakıda bu avtobuslara icazə verilməyəcək - Yanvarın 1-dən... - VİDEO
Avtobuslarda kondisioner nə vaxtdan işləyəcək? - VİDEO
"Baku bus"ları niyə diskonfort etmişik?
Yeni marşrut xətti təşkil edilir: Gediş haqqı 40 qəpik olacaq - RƏSMİ
Avtobusla rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ
Bakı metrosunda sərnişinlər boşaldılır - NƏ BAŞ VERİR?
Bu yollarda sürət həddi endirildi
Hava isti, kondisionerlər isə işləmir- VİDEO
Bakıya yeni avtobuslar gətirilib
Sürücülərə VACİB XƏBƏRDARLIQ
Karantin postları ləğv edildi- Cərimələr necə olacaq?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 