Sentyabrın 7-də Bakıda "Gənclərin sosial və siyasi proseslərdə rolu və qadınların fəallığının gücləndirilməsi" mövzusunda konfrans, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclası işə başlayıb.
ONN media xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib ki, bütövlükdə Asiya regionunda bu və ya digər xarakterli siyasi problemlərin müzakirə olunması nöqteyi-nəzərindən konfrans əhəmiyyətli platforma təşkil edir. Cəmiyyətin və bəşəriyyətin gələcəyini Asiya ölkələrində bu gün müşahidə olunan inkişafdan ayrı təsəvvür etmək mümkün deyil. Asiya dünya iqtisadiyyatının inkişafına böyük töhfələr verir. Asiya həm də bir çox təzadlarla müşahidə olunan regiondur. Bir tərəfdən inkişaf prosesləri gedir, digər tərəfdən inkişafın geridə qaldığı hallar da narahatlıq yaradır. Bu da bütövlükdə Asiya regionunun rəngarəng palitraya sahib olduğunu göstərir. Asiyanın bugünkü reallıqlarını müzakirə etməklə yanaşı, qitənin gələcək inkişafı ilə bağlı layihələrin hazırlanmasında konfransın üzərinə böyük iş düşür. Xüsusilə də gənclər və qadınlar problemini ayrıca vurğulamağa ehtiyac var. Asiya ölkələri üçün xarakterik olan məsələlərdən biri də əhalinin dinamik artımı ilə bağlı gənclərin xüsusi çəkisinin yüksək olması ilə əlaqədardır. Bu da ICAPP-ın fəaliyyətində gənclərlə bağlı görülməli işlərin nə qədər əhəmiyyətli olduğundan xəbər verir.
Demokratiyanın, insan haqlarının, siyasi plüralizmin inkişafı istiqamətində ICAPP-ın böyük rolunun olması mümkündür. Sabitliyin, əmin-amanlığın, region üçün problemə çevrilən terrorizm kimi bəlaların aradan qaldırılması da ICAPP çərçivəsində müzakirə olunacaq ciddi məsələlərdir. Əli Əhmədov əmin olduğunu bildirib ki, ICAPP bu sahədəki problemlərin aradan qaldırılması istiqamətində öz üzərinə düşən missiyasını lazımınca yerinə yetirə bilir.



İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi
Azərbaycan bu iş üçün 7 milyon dollar ayıracaq
Bu ölkələr Zəngəzur dəhlizini dəstəkləyir
Qənirə Paşayevaya yeni vəzifə verildi
“Yeni münaqişə ocağı yaranır” – Putindən ŞOK İDDİA
Bakıda mühüm tədbir başladı
BTQ ilə 21 minə yaxın konteyner daşınıb
Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib
Tramp noyabrın 15-də “böyük bəyanat”la çıxış edəcək
Şoyqu: “Yeni NATO” yaratmağa çalışırlar
Numan Qurtulmuş Azərbaycana gəlir
Azərbaycana ən çox bu ölkələrdən turist gəlir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 