Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Asiya Parlament Assambleyasının (AРA) dörd daimi komitəsindən biri olan Sosial və Mədəniyyət Komitəsinə sədri seçilib.
ONN media xəbər verir ki, bu barədə qardaş Türkiyənin Antalya şəhərində keçirilən Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasında qərar qəbul edilib.
Qeyd edək ki, Azərbaycan AРA-da nümayəndə heyəti ilə ilk dəfə 2020-ci ildən təmsil olunur və o vaxtdan Qənirə Paşayeva Milli Məclisin Asiya Parlament Assambleyasında (AРA) Nümayəndə heyətinin rəhbəridir.
AРA Sosial və Mədəniyyət Komitəsinin Qənirə Paşayevanın sədrliyi ilə növbəti iclası 2023-cü ildə Bakıda keçiriləcək. Bu barədə Q.Paşayevanın irəli sürdüyü təşəbbüs Komitə üzvləri tərəfindən yekdilliklə dəstəklənib. Qənirə Paşayeva deyib ki, Azərbaycan Respublikası indiyədək müxtəlif xarakterli beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib və AРA komitəsinin iclası da yüksək səviyyədə təşkil olunacaq.
Komitənin müzakirə etdyi sənədlərin qərar layihələrinin birində 2023-cü ildə Zəncan şəhərinin Asiyanın Turizm paytaxtı seçilməsinə toxunan Qənirə Paşayeva 2024-cü ildə Şuşanın Asiyanın Turizm paytaxtı elan olunmasını təklif edib. Bu təklif başda Türkiyə Cümhuriyyəti Nümayəndə heyəti olmaqla, bir sıra ölkələrin nümayəndələri tərəfindən dəstəklənib. Həmin məsələ barədə qərar növbəti komitə iclasında qəbul ediləcək.
Qeyd edək ki, Qənirə Paşayeva eyni zamanda Asiya Parlament Assambleyası sədrinin müavini də seçilib.



Qənirə Paşayeva harada dəfn olunacaq?
Qənirə Paşayevanı Milli Məclisdə o əvəz edəcək
Qənirə Paşayeva Ramil Səfərovla görüşdü
Qənirə Paşayeva Qazaxıstan Milli Konservatoriyasının fəxri professoru adına layiq görülüb
Qənirə Paşayevanın yerinə yeni təyinat olacaq
Paşayeva QYB-nin fəxri üzvü seçildi
3 deputata yeni VƏZİFƏ VERİLDİ
Qənirə Paşayevanın məzar daşı paylaşılıb
Qənirə Paşayeva şəhid zabitin ailə üzvləri ilə görüşdü
Qənirə Paşayeva ATVİB-nin başqanına təşəkkür etdi
Qənirə Paşayeva və Ülviyyə Ağayevanın daha bir uğuru
Qazaxstanda Heydər Əliyevin 100 illik yubileyi qeyd olunacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 