Mən tez-tez Kiyevdə oluram. Yaratmaq, ilham almaq üçün buraya gəlirəm. Ukraynanı bəyənirəm, bu ölkəyə qarşı çox xoş hisslərim var. Burada yaradıcılıq axını daha yaxşıdır.
ONN media bildirir ki, bu sözləri məşhur Azərbaycan əsilli qazaxıstanlı repçi Cah Xalib (Bəxtiyar Məmmədov) “YouTube” kanalında yayımlanan "Şayiə var" proqramında deyib. Xalib əvvəl Moskvada yaşasa da, bu, onun həyatına və işinə mənfi təsir göstərirmiş. "Mən əvvəllər Moskvada yaşayırdım, orada mənim üçün çətin idi. Kiyevə gəldim, albomu yazmaqda davam etdim və hər şey dərhal öz yoluna düşdü. Kiyevi yaradıcı Məkkə hesab edirəm. Moskva sadəcə mənim şəhərim deyil, Kiyevdə, Ukraynada özümü rahat hiss edirəm", - deyə repçi bildirib. Qeyd edək ki, 24 yaşlı Cah Xalib son illərin ən uğurlu qazaxıstanlı ifaçılarından biridir. Repçi həm də “beatmaker”, müğənni və prodüserdir. Anası qazax, atası isə azərbaycanlıdır. O, bir neçə dəfə paytaxtımızda keçirilən “Jara” beynəlxalq musiqi festivalında çıxış edən məşhurlar sırasında yer alıb.(ölkə.az) https://www.youtube.com/watch?v=nDwf0Olv6eYMəşhur azərbaycanlı repçi Kiyevə köçür — VİDEO



Jah Khalib Azərbaycan Ordusunda xidmət etmək istəyir
Dünyaca məşhur repçi azərbaycanlılardan ÜZR İSTƏDİ
"Saçımın tez ağarmağı başqa səbəbdəndir" – Gənc qardaşını itirən repçi – VİDEO
Məşhur repçi həbs olundu
Məşhur repçi dünyasını DƏYİŞDİ: Həyat yoldaşı meyitini hissələrə ayırdı
Məşhur repçi paylaşımı ilə gündəm oldu - FOTO
Azərbaycanlı məşhuru ABŞ-da maşın vurdu - VƏZİYYƏTİ...
Damla izləyicilərinə qəzəbləndi- GÖZÜNÜZƏ GİRSİN!
Son on ilin ən varlı musiqiçiləri - SİYAHI
Məşhur repçidən ETİRAF: "Atam məni qəddarcasına döyürdü"
Məşhur repçi həyatını itirdi
Emin Ağalarov elan etdi: "Jara" bu il...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 