Kanadanın Revelstok şəhərində bir yeniyetmə 27 il əvvəl itkin düşən qadına məxsus avtomobili tapıb. ONN media xəbər verir ki, bu barədə "CBC News" xəbər yayıb. Belə ki, avqust ayında 13 yaşlı Maks Verenka anası Nensi ilə birgə qayıqla göldə üzdüyü zaman su altında qalmış bir avtomobili görür. Ailə avtomobilin 2009-cu ildə baş vermiş bir qəza ilə əlaqəli olduğu qərarına gəlir və Kanada polis əməkdaşına müraciət edir. "Biz ondan soruşduq ki, nəyə görə polislər maşını ordan çıxarmayıb", - Nensi danışır.
- Mənə cavab verdilər: "Nə danışırsız? Biz onu ümumiyyətlə çıxarmışıq". Avqustun 21-də Revelstok polis əməkdaşları hadisə yerinə gəlir, lakin günəşin parlaq olması səbəbindən avtomobili su altında görə bilmirlər. Belə olan təqdirdə Maks "GoPro" ilə gölün dibinə enir və maşının şəklini çəkir. Üç gün sonra polis və təxliyə xidməti qara rəngli "Honda Accord" modelini sudan çıxarır. Avtomobilin salonunda 1992-ci ilin payızında səssiz-soraqsız yoxa çıxan Canet Farrisin cəsədi aşkarlanır. Farrisin oğlunun dediyinə görə, ailə qadının qəza nəticəsində yoldan çıxdığını və ya yuxuya getdiyini güman edir. Nensi uzun müddətdir davam edən müəmmanı açmaqda polisə kömək edən oğlu ilə qürur duyduğunu ifadə edib. "Onun cəmi 13 yaşı var, amma o, artıq yetkindir", - deyib.(teleqraf.com)13 yaşlı oğlan 27 illik cinayətin üstünü açdı



Azərbaycanda polis həyatı ilə risk etdi… - VİDEO
Bakıda qəza: yük maşını ofisə girdi – FOTO
Azərbaycanda 19 yaşlı gəncin ölümünün DƏHŞƏTLİ TƏFƏRRÜATI
Polis ərə verilən yeniyetmə qızın ailəsini dindirdi
Şəhərdə maşın insanların üzərinə sürüldü - Ölənlər var
İran-Ağrı avtomobil yolunda zəncirvari qəza: Çox sayda yaralı var
Bakıda BMW qaçırıldı - 2 avtomobili əzdi
Avtomobilin sükanı arxasında oturan it sürət həddini aşdı və...
Polis maşını qəzaya düşdü- Yaralananlar var
Bakıda özgəsinin avtomobilini dərəyə aşıran şəxs ƏLƏ KEÇDİ
Bu yolda hərəkət iflic oldu - QƏZA
Ermənistanda şok- Yanğınsöndürənlər güllələnəcək?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 