Sosial şəbəkələrdə avtomobilin dərəyə aşırılması əks olunan videogörüntülərlə bağlı araşdırma aparılıb. ONN media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov məlumat verib. E. Zahidov sözlərinə görə, Bakıxanov qəsəbə sakini Zamin Babayev Suraxanı rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, ona məxsus BMW markalı avtomobilin tanışı, dəfələrlə məhkum olunmuş Elnur Abbasov tərəfindən qaçırılması və həmin şəxs tərəfindən dərəyə atılması barədə məlumat verib: “Zamin Babayev ərizəsində qeyd edib ki, Elnur onun avtomobilini almaq istəyib, maşını yoxlamaq məqsədilə ondan alıb. Lakin daha sonra qaytarmayıb. Zamin Babayev bildirib ki, Elnur Abbasovla dəfələrlə telefon danışığı olub. Elnur Abbasov pul axtardığını və tapan kimi avtomobili alacağını deyib. Lakin mayın 11-də Elnur Abbasov Zamin Babayevə məxsus avtomobili dərədən yuvarlayıb”. Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (başqasının əmlakını məhv etmə) maddəsi ilə cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elnur Abbasov tutularaq istintaqa cəlb edilib Qeyd edək ki, Elnur Abbasov kriminal aləmdə “Kürd Elnur” kimi tanınır.
Bakıda özgəsinin avtomobilini dərəyə aşıran şəxs ƏLƏ KEÇDİ



Bakıda BMW-ni dərəyə yuvarlayan şəxs həbs olundu
Beynəlxalq axtarışa verilən şəxs Rusiyadan Azərbaycana ekstradisiya edildi
Kəlbəcərdə yük avtomobili dərəyə aşdı- ÖLƏN VAR
Azərbaycanda daha bir tələbə həyatını itirdi
Ehtiyyatda olan polkovnik niyə həbs olundu?
Elnur Hidayətoğlu vəzifəsindən azad olundu
20 il həbs yatmış şəxs yenidən cinayət törətdi — SƏRHƏDDƏ TUTULDU
2 mikroavtobusu yandıran şəxs həbs edildi
Daşkəsəndə BƏDBƏXT HADİSƏ: 220 metrlik qayadan yıxılıb öldü
Azərbaycanda ŞOK OLAY: Həbsxanadan çıxandan 15 dəqiqə sonra...
Axtarışda olan şəxs Ələt-Astara yolunda ələ keçdi
Sumqayıtda qadın sevgilisi ilə birləşib ərini başına görün nə oyun açdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 