2019-2020-ci tədris ilində Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki, Qusar, Şəmkir və Sabirabadda yerləşən 20 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılacaq. Təhsil Nazirliyindən ONN media -ya verilən məlumata görə, peşə təmayüllü siniflər ümumi təhsil müəssisələrinin ərazi, eləcə də, maddi-texniki tədris imkanları nəzərə alınmaqla müəyyən edilib. X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də, peşə təhsilinə hazırlanmasıdır.
Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir. Peşə təmayüllü siniflərdə tam orta təhsil səviyyəsində təlim müvafiq fənlərə üstünlük verilməklə Təhsil Nazirliyi tərəfindən təsdiq edilən tədris planı və modul spesifikasiyası üzrə təhsilalanların meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə təmayülləşmə əsasında təşkil ediləcək. Qeyd edək ki, peşə təmayüllü siniflərin yaradılacağı ümumi təhsil müəssisələrinin IX sinfini bitirmiş şəxslər bu siniflərə qəbul ediləcəklər. Peşə təmayüllü siniflərdə təhsil dövlət hesabına həyata keçiriləcək.Peşə təmayüllü siniflərin yaradılacağı yerlər açıqlandı



Bu şagirdlərə şad xəbər-İmtahansız qəbul olunacaqsınız
Şagirdlərə şad xəbər – ARTIQ...
“3” alanlar 10-cu sinfə niyə buraxılmır? - Nazirlik açıqladı
Baş Nazirdən təhsillə bağlı daha bir QƏRAR
Bu gün neçə tələbə dərsə başlayıb?
“Peşə təhsili haqqında” qanuna dəyişikliklər təsdiqlənib
Azərbaycanda 5 yeni lisey yaradılıb
Bu müəllimlər imtahana çəkiləcək
Prezident “Təhsil haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Naxçıvanda da məktəblər bağlandı
Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək
Peşə məktəbləri ilə bağlı YENİ QƏRAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 