12 sentyabr 2019-cu il, Bakı – "Azərbaycan Hava Yolları" aviaşirkəti xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir. Sənəd qəbulu 2019-cu il sentyabrın 16-dan oktyabrın 16-dək (saat 10.00-dan 12.00-a kimi) aparılacaq. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 160 sm-dən az və 180 sm-dən çox olmayan, orta təhsili başa vurmuş, mütləq qaydada azərbaycan və ingilis dillərində sərbəst danışan xanımlar iştirak edə bilər. Digər xarici (rus, ərəb, çin) dil bilikləri arzuolunandır. Əlavə tələblərə daxildir – ünsiyyətcillik, həmçinin bədənin görünən hissələrində döymə, çapıq və doğum ləkələrininin olmaması. Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur: - şəxsiyyət vəsiqəsi; - bir fotoşəkil (3х4); - xarici pasport; - diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa). Bütün sənədlər qeyd olunan tarixdə Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azərbaycan Hava Yolları”nın (AZAL) Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır. Əlavə məlumat üçün bu telefon nömrələrinə müraciət etməniz xahiş olunur: (012) 497-26-00 (daxili 24-04; 32-81; 20-74)
“Azərbaycan Hava Yolları” təyyarə bələdçisi vəzifəsinə qəbul elan edir



"Azərbaycan Hava Yolları" QSC vakansiya elan edib
İş axtaran xanımların NƏZƏRİNƏ!
Azad edilmiş ərazilərdə işləmək istəyənlərin NƏZƏRİNƏ
Sabah sənəd qəbulu başa çatır - DİQQƏT
Vergilər Nazirliyi işçi axtarır
AZAL-dan Rusiyaya uçan təyyarə ilə bağlı açıqlama
Naxçıvana gedən təyyarə tufana görə GERİ QAYITDI
Müəllimlərin nəzərinə: bu tarixdən sənəd qəbulu başlayır
FHN sürücü axtarır
FHN-də işləmək istəyənlərin nəzərinə
Diqqət- Nəticələr açıqlandı
FHN-da işləmək istəyənlərin nəzərinə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 