Dərs ilinin başlaması ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK), xüsusilə də Nəqliyyat Qovşağı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. BBAK-dan ONN media-ya verilən məlumata görə, Nəqliyyat Qovşağı nəqliyyat vasitələrinin ümumi gəliş nöqtəsidir və yay fəslinin sona çatması, yeni dərs ilinin başlaması ilə əlaqədar regionlardan paytaxta səfər edənlərin sayı üstünlük təşkil edir. Gəncə, Mingəçevir, Quba, Qusar, Xaçmaz, Bərdə və Tərtər istiqamətlərindən paytaxta gələnlərin sayı daha çoxdur. Nəqliyyat Qovşağında gələn sərnişinlərin rahatlığının təmin olunması məqsədilə nəzarət gücləndirilib. Həm beynəlxalq, həm də şəhərlərarası istiqamətlərdən gələn sərnişinlər burada tam rahat şəkildə şəhər nəqliyyatından, taksi xidmətindən, eyni zamanda, yaxınlarını qarşılamaq üçün gələnlər burada parkinq xidmətindən istifadə edə bilərlər. Nəqliyyat Qovşağında rahat hərəkəti təmin etmək məqsədilə ərazidə istiqamətləndirici nişanların quraşdırılması işi də artıq yekunlaşıb. Hazırda şəhərlərarası istiqamətlərə səfər edənlərin sayında azalma müşahidə olunur. Belə ki, gün ərzində şəhərlərarası və beynəlxalq istiqamətlərə səfər edənlərin sayı 7-8 min arasında dəyişir. Sentyabrın ilk 10 günü ərzində ümumilikdə 85 min 402 sərnişin Bakı Beynəlxalq Avtovağzal Kompleksindən istifadə edib. Onlardan 75 min 204 sərnişin şəhərlərarası, 10 min 198 sərnişin isə beynəlxalq reyslərlə səfərini təmin edib.
Dərs ili ilə bağlı Bakı Avtovağzalı gücləndirilmiş iş rejiminə keçdi



Avtovağzal gücləndirilmiş iş rejimində çalışacaq
Avtovağzal gücləndirilmiş iş rejiminə keçir
Bakıda nəhəng nəqliyyat qovşağı istifadəyə verildi
Nazir əmr imzaladı: Polis gücləndirilmiş rejimə keçir
Avtovağzal ərazisində YENİLİK
Yol polisi sürücülərə və piyadalara XƏBƏRDARLIQ ETDİ
Bakı Beynəlxalq Avtovağzal Kompleksində yenilik
Bayrama görə rayonlararası avtobusların sayı artırılacaq
Yol polisindən Bakı əhalisinə MÜRACİƏT
Rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ
Avtobusların sayı 3 dəfə artırılıb
Bakı- Sumqayıt qatarından istifadə edənlərin NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 