Ölkəmizə səfər edən turistlərin, eləcə də regionlardan paytaxta gələn vətəndaşların təhlükəsizliyini və rahatlığını təmin etmək, avtobusların, minik avtomobillərinin hərəkətini nizamlamaq məqsədi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində Nəqliyyat qovşağı istifadəyə verilib.
ONN media xəbər verir ki, nəqliyyat qovşağı 50 000 m2 ərazini əhatə edir. 8500 m2 ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılaraq 2000-dən çox ağac əkilib.
Ərazidə 93 nömrədən ibarət beşmərtəbəli "Baku Crossway Hotel"i və yenidən təmir olunaraq istifadəyə verilən ikimərtəbəli hostel fəaliyyət göstərir.
Qovşaqda minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələri əhalinin rahatlığı məqsədi ilə vahid məkanda yerləşdirilib.
Kompleksdə dispetçer və bilet satış məntəqəsi, gözləmə zalları, müasir standartlara cavab verən ictimai-iaşə obyektləri, telekommunikasiya, poçt xidmətləri ilə yanaşı, maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri göstərən yeni "Şəbəkə" xidmət mərkəzi fəaliyyət göstərir.
Eyni zamanda, nəqliyyat və piyada axınları, avtonəqliyyat vasitələrinin giriş-çıxış yerləri bir-birindən ayrılıb.
Artıq Sumqayıt avtostansiyası da qovşaq ərazisində fəaliyyət göstərir.
Nəqliyyat qovşağında Almaniyanın "SAP"şirkəti ilə birgə həyata keçirilən pilot layihə çərçivəsində "SAP" texnologiyalarının əsasında yaradılmış unikal sistem nəqliyyat vasitələrinin texniki statusunu, sürücülərin sağlamlıq durumunu, həmçinin, şəhərlərarası və beynəlxalq avtobusların salonundakıvəziyyəti müəyyən etməyə imkan verir. Sistem mərkəzdən idarə olunur və hər hansı nasazlıq baş verdikdə dispetçer tərəfindən dərhal reaksiya verilir.
"Cisco" şirkəti ilə reallaşdırılan "Ağıllı şəhər" pilot layihəsi isə yaxın gələcəkdə yerli və beynəlxalq daşımaların idarə olunmasının təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin daha da artırılması, o cümlədən təhlükəsizliyin yüksək səviyyədə təmin olunması üçün imkan yaradacaq.
Sərnişinlər biletləri BBAK-ın, "Silkway" turizm şirkətinin kassalarından və onlayn bilet satışı sistemi vasitəsi ilə "www.avtovagzal.az" saytından əldə edə bilərlər.
Bu istiqamətdə görülən işlərdən biri kimi, müasir bilet kassaları formalaşdırılıb. Kassaların üzərində istiqaməti, istiqamət üzrə biletin qiyməti, perron, avtobusun dövlət qeydiyyat nişanı, avtobusun tutumu və mövcud olan boş yerlər haqda məlumatları əks etdirən monitorlar quraşdırılıb.



Avtovağzal ərazisində YENİLİK
Dərs ili ilə bağlı Bakı Avtovağzalı gücləndirilmiş iş rejiminə keçdi
Sumqayıta getmək istəyənlərin NƏZƏRİNƏ
“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verilib
Bakıda daha bir poçt şöbəsi istifadəyə verildi
Sürücülərə XƏBƏRDARLIQ: bunu etsəniz... - VİDEO
DYP "Formula" ilə bağlı sürücülərə müraciət etdi
Ərzaq daşıyan sürücülərə DYP-dan müraciət
Taksi sürücülərinə BƏD XƏBƏR
Sürücülərin nəzərinə- Bu yolda tıxac var
Bu avtobusların hərəkət sxemində dəyişiklik edildi
Bu sayt 1 gün işləməyəcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 