Prezident İlham Əliyev Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib. ONN media xəbər verir ki, dəyişikliyə əsasən, Məcəllənin 1. 18-ci maddəsinin 1.1. birinci hissənin onuncu abzasına “qaydalarını” sözündən sonra “, sudan istifadəyə görə güzəşt və azadolmaları” sözləri əlavə edilir; Həmçinin, “Sudan istifadəyə görə güzəşt və azadolmalar yalnız təbii su mənbələrindən aşağıdakı məqsədlərlə götürülən suya görə tətbiq edilir" məzmunda ikinci hissə əlavə edilir: - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) emal edilməmiş su ilə təmin edilməsi; - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən içməli su təchizatı; - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadə edilməsi. 2. 44-cü maddənin birinci hissəsinin yeddinci abzasından “sudan istifadəyə və” sözləri çıxarılır və həmin hissəyə aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilir: “bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla, sudan istifadəyə görə haqq ödənilmədikdə;”. 4. 80-ci maddə üzrə: 4.1. birinci hissəyə “su obyektlərindən” sözlərindən sonra “tələb olunan həcmdə və ödənişsiz” sözləri əlavə edilir; 4.2. aşağıdakı məzmunda ikinci hissə əlavə edilir: “Yanğından mühafizə ehtiyacları üçün götürülmüş sudan və bu suyun saxlanıldığı obyektlərdən təyinatdankənar istifadə edilməsi qadağandır.”. 5. 96-cı maddənin birinci hissəsinin ikinci abzasına “sudan” sözündən, üçüncü abzasına “su obyektlərindən” sözlərindən əvvəl “bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilir. 6. 97-ci maddənin birinci hissəsində “Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla” sözləri “Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla,” sözləri ilə əvəz edilir. 7. 98-ci maddənin üçüncü hissəsi ləğv edilir.
SON DƏQİQƏ: İlham Əliyev təsdiqlədi - Su ilə bağlı QAYDALAR DƏYİŞDİ



“İcra məmurları haqqında” Qanuna dəyişiklik edildi
Prezident bu qanuna dəyişikliyi təsdiqlədi
Azərbaycanda BU MƏHSULLARIN dövriyyəsi qadağan edilir
Bu mallar gömrük rüsumlarından azad edilir - Prezident TƏSDİQLƏDİ
Bu şəxslərə maaşdan əlavə PUL VERİLƏCƏK
“Peşə təhsili haqqında” qanunda dəyişiklik edildi
Prezident “Təhsil haqqında” qanuna dəyişikliyi təsdiqləyib
“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilir
İlham Əliyev fərman imzaladı
Azərbaycanda ərzaq böhranı yaşana bilər?
Oqtay Şirəliyevin bu səlahiyyəti Ramin Bayramlıya verildi
Dərman vasitəsinin dövlət qeydiyyatı qaydası təkmilləşdirilir - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 