Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. ONN media xəbər verir ki, qanun layihəsində qeyd edilib ki, “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir. “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycanın dövlət sərhədlərinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir. “Vətən Müharibəsi Qəhrəmanı” müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun öz təşəbbüsü ilə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən verilir. “Vətən Müharibəsi Qəhrəmanı” adının xüsusi fərqlənmə nişanı - “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalıdır. “ Vətən Müharibəsi Qəhrəmanı” medanının təsviri qanunla müəyyən olunur. “Vətən Müharibəsi Qəhrəmanı” medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxsə aşağıdakılar təqdim edilir: - “Vətən Müharibəsi Qəhrəmanı” medalı; - “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktı. “Vətən Müharibəsi Qəhrəmanı” eyni şəxsə bir dəfə verilir. Bu adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər həmin addan Azərbaycan Respublikasının fəxri adları üçün müəyyən olunmuş qaydada məhrum edilir. Milli Məclisin komitə sədri Siyavuş Novruzov çıxış edərək deputatları qanun layihəsini dəstəkləməyə çağırıb. Layihə ikinci oxunuşda qəbul edilib.
“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilir



"Vətən Müharibəsi Qəhrəmanı" adı təsis edildi
“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis ediləcək
“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi
Bu şəxslərə aylıq 2000 manat təqaüd veriləcək - FƏRMAN
Bakıda 172 məktəbə Milli Qəhrəman və şəhidlərin adı verilib
Yeni orden və medallarla bağlı layihə təsdiq edildi
Bu il şəhid ailələri və müharibə əlillərinə daha 700 ev veriləcək
Vətən Müharibəsi Qəhrəmanlarına BU GÜZƏŞTLƏR ediləcək - QƏRAR VERİLDİ
Vətən Müharibəsində fərqlənən hərbçilərə BU ORDEN və MEDALLAR veriləcək
“Zəfər” və “Qarabağ” ordenləri təsis edildi - İkinci oxunuş
Deputatlar bu gün 6 məsələni müzakirə edəcək
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 