Sosial şəbəkələrdə 40 və 204 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobus sürücülərinin yol hərəkəti qaydalarını kobud pozaraq sərnişinlər və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaratması ilə bağlı yayılan video dərhal nəzarətə götürülüb. ONN media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Məlumata görə, araşdırma zamanı 204 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TG-775 dövlət qeydiyyatı nişanlı avtobusun sürücüsünün Ələkbərov Asəf Musa olduğu müəyyən edilib: "Dərhal daşıyıcı və sürücü BNA-ya çağırılaraq izahatının alınması təmin edilib. Nəqliyyat vasitəsi müvəqqəti olaraq xətdən kənarlaşdırılıb. Sürücü yol verdiyi kobud qayda pozuntusuna görə daşıyıcının müvafiq əmri ilə işdən azad edilib. 40 nömrəli avtobusun dövlət qeydiyyatı nişanının görüntülərdən müəyyən edilməsi mümkün olmayıb. Hazırda digər vasitələrlə sürücünün şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Bir daha qeyd edirik ki, sərnişindaşımada qoyulan tələblərə, o cümlədən təhlükəsizliklə bağlı qaydalara əməl etməyənlərə qarşı ciddi tədbir görüləcək".
BNA -dan AÇIQLAMA - Qaydanı pozan sürücü...



Sükanda canlı yayım açan sürücünün aqibəti necə oldu?
Bakıda iki sərnişin avtobusu toqquşdu
Əks yola çıxan avtobus qəzadan son anda qurtuldu - Video
Avtobus sürücüsündən kobud qayda pozuntusu
Sürücüsü telefonla danışdı, rəhbərinə xəbərdarlıq olundu - BNA
BNA-dan qalmaqallı video ilə bağlı AÇIQLAMA- VİDEO
Bu marşrutun hərəkət istiqaməti dəyişdirildi
Bu marşrutların hərəkət xətti dəyişdirildi
Bakıda iki avtobus toqquşdu, xəsarət alanlar var
Bu marşrut xətti üzrə BakuBus avtobusları işləyəcək
Bakıda 2 marşrut xəttinin hərəkət sxemi dəyişir
Daha bir marşrut xətti "BakuBus" həvalə olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 