Xarici işlər naziri Elmar Məmmədyarov Romada BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) baş direktoru Qu Donyqu ilə görüşüb. XİN-dən ONN media -ya verilən məlumata görə, FAO-nun baş direktoru vəzifəsinə seçilməsi münasibətilə Qu Donqyunu təbrik edən nazir Elmar Məmmədyarov ona fəaliyyətində uğurlar arzulayıb və Azərbaycanla FAO arasında əməkdaşlığın daha da güclənəcəyinə əmin olduğunu bildirib. Təbriklərə görə təşəkkürünü bildirən Qu Donqyu hazırkı vəzifəsində ilk xarici işlər naziri olaraq Elmar Məmmədyarov ilə görüşündən məmnunluğunu ifadə edib, Azərbaycanı MDB məkanında FAO ilə ən səmərəli əməkdaşlıq edən ölkə kimi qiymətləndirib. Qu Donqyu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın FAO-nun xoşməramlı səfiri kimi fəaliyyətini yüksək qiymətləndirib və FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılmasını müsbət təcrübə kimi dəyərləndirib. Nazir Elmar Məmmədyarov Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində kənd təsərrüfatına yararlı torpaqların bir hissəsinin işğala məruz qalmasının və 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşməsinin ölkəmizdə kənd təsərrüfatı sektoruna da böyük ziyan vurduğunu və ərzaq təhlükəsiziliyinin təmin edilməsində ciddi çətinliklər yaratdığını bildirib. Elmar Məmmədyarov Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, aqrar sahəyə dövlət qayğısı və bu istiqamətdə aparılan islahatların nəticəsi olaraq, kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı sektorunda əldə edilmiş nailiyyətlər barədə məlumat verib. Ölkəmizin FAO ilə əməkdaşlığının əhəmiyyətindən danışan nazir Elmar Məmmədyarov, bu xüsusda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və IDEA İctimai Birliyinin töhfələrini xüsusilə vurğulayıb. Görüşdə Azərbaycan-FAO əməkdaşlığının inkişaf perspektivləri, habelə bu əməkdaşlığın Cənub-Cənub tərəfdaşlığı çərçivəsində və üçüncü ölkələrin də cəlb olunması yolu ilə inkişafı istiqamətində fikir mübadiləsi aparılıb. Görüşdən sonra nazir Elmar Məmmədyarov FAO-nun baş qərargahında Heydər Əliyev Fondunun dəstəyi ilə təsis edilmiş “Azərbaycan otağı”na baxış keçirib. Elmar Məmədyarovun nəzərinə çatdırılıb ki, Azərbaycanın mədəniyyətini və milli ruhunu əks etdirən “Azərbaycan otağı” öz dizaynı, cəlbediciliyi və praktikliyi baxımından FAO rəsmiləri tərəfindən yüksək qiymətləndirilir.
XİN başçısı Qu Donyqu ilə görüşdü



Elmar Məmmədyarov Əfqanıstanın yeni Səfirini qəbul edib
Məmmədyarov yeni səfirlə görüşdü
Məmmədyarov Çavuşoğlu ilə telefonla danışdı
Elmar Məmmədyarov polşalı həmkarı ilə görüşüb
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatdı
Elmar Məmmədyarov Slovakiyaya yola düşdü
Elmar Məmmədyarov Moskvaya gedir, Lavrov isə Bakıya gəlir- XİN
XİN başçısı İordaniyanın Azərbaycandakı səfirini qəbul etdi
Küveytdən Qarabağ məsələsində Azərbaycana DƏSTƏK
Elmar Məmmədyarov ABŞ səfirini qəbul etdi
Elmar Məmmədyarov Latviya Prezidenti ilə görüşdü
Məmmədyarov çilili həmkarı ilə görüşdü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 