Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çiliyə rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Roberto Ampuero ilə görüşüb.
XİN-dən ONN media -ya verilən məlumata görə, görüş zamanı Çili xarici işlər naziri Roberto Ampuero azərbaycanlı həmkarının Çiliyə ilk rəsmi səfərini yüksək qiymətləndirərək, bu səfərin iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin möhkəmləndirilməsinə önəmli töhfə verəcəyinə əminliyini bildirib və Çilinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu ifadə edib.
Nazir Elmar Məmmədyarov iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və siyasi dialoqun davamlı şəkildə aparılması məqsədilə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə iki ölkə arasında bu il 25 illik yubileyi qeyd olunacaq diplomatik münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub. Bu xüsusda, Azərbaycanda Çili səfirliyinin fəaliyyətə başlamasının ikitərəfli əlaqələrimizin inkişafına yeni bir təkan verəcəyi diqqətə çatdırılıb.
Nazirlər iqtisadi-ticarət, təhsil, turizm, kənd təsərrüfatı, enerji, nəqliyyat, sərmayə qoyuluşu və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd ediblər.
Həmçinin beynəlxalq gündəlikdəki aktual məsələlər, o cümlədən müvafiq olaraq regionlardakı vəziyyət baradə fikir mübadiləsi aparılıb. Bu konteksdə nazir Elmar Məmmədyarov həmkarını Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son vəziyyəti barədə məlumatlandırıb.
Tərəflər arasında habelə beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. E.Məmmədyarov Çili tərəfinin Qoşulmama Hərəkatının cari ilin oktyabır ayında Azərbaycanda keçiriləcək sammitinə dəvət olunduğunu vurğulayaraq, Çilinin həmin tədbirdə yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu qeyd edib.
Məmmədyarov çilili həmkarı ilə görüşdü



Elmar Məmmədyarov Qabonun xarici işlər naziri ilə görüşüb
Elmar Məmmədyarov bir sıra görüşlər keçirdi
Məmmədyarov Polşa Seyminin spikerini Azərbaycana dəvət etdi
Elmar Məmmədyarov polşalı həmkarı ilə görüşüb
Məmmədyarov Moskvada Lavrovla görüşdü
Nazir Türkiyə millət vəkilləri ilə görüşdü
XİN başçısı yeni səfirlə görüşdü
Məmmədyarov həmkarı ilə telefonda danışdı
Məmmədyarov yeni səfirlə görüşdü
Bayramov Qaribaşvili ilə görüşdü
Məmmədyarov Çavuşoğlu ilə telefonla danışdı
Küveytdən Qarabağ məsələsində Azərbaycana DƏSTƏK
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 