Nəsimi Rayon Məhkəməsi sabiq deputat Gültəkin Hacıbəyli ilə keçmiş qaynanası Nəhayət Məmmədova arasında 6 ildir davam edən 50 min dollarlıq borc mübahisəsi ilə bağlı qərar verib. ONN media xəbər verir ki, hakim Pərviz Hüseynovun sədrliyi ilə keçirilən məhkəmədə Nəhayət Məmmədovanın iddiası təmin olunub. Qərara əsasən, Gültəkin Hacıbəyli keçmiş qaynanasına 85 min manat ödəməlidir. Qeyd edək ki, Nəhayət Məmmədova iddiasında G.Hacıbəylinin Səməd Vurğun küçəsi, 92A ünvanında yerləşən 12 saylı mənzili təmir etmək adı ilə ondan 50 min dollar məbləğdə pul aldığını bildirib. Həmin mənzil Bakı şəhər İcra Hakimiyyəti tərəfindən deputata hədiyyə edilib. Lakin sonradan bəlli olub ki, alınan pul evin təmirinə xərclənməyib. Buna görə də Məmmədova keçmiş gəlinindən pulu tələb edib. Nəhayət Məmmədovanın şikayəti əsasında Gültəkin Hacıbəyliyə məxsus "Lexus LX 570" və "Toyota Avalon" markalı iki bahalı avtomobilinə, eləcə də mənzilinə həbs qoyulub.(virtualaz)
Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi



Gültəkin Hacıbəylinin oğlunun ölkədən çıxışına icazə verildi
Gültəkin Hacıbəylini kim və niyə şikayət etdi?
Sabiq icra başçısının şikayəti üzrə məhkəməsinin vaxtı məlum oldu
İcra hakimiyyəti təkzib edir
Gəncədə itkin düşən məktəbli qız Bakıda tapıldı
Azərbaycanda hakim məhkəmədə HƏBS EDİLDİ
Məşhur müğənninin mülkləri ilə bağlı qərar verildi
Məhkəmə Robert Koçaryanı həbsi ilə bağlı QƏRAR VERDİ
Keçmiş icra başçısı 10 il azadlıqdan məhrum edildi
"Azadlıq", Meydan TV, "Turan"a qadağa ləğv edildi - ŞOK QƏRAR
Gəlin keçmiş qayınanasının barmaqlarını sındırıb
Məhkəmə Alimpaşa Məmmədovla bağlı QƏRAR VERDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 