"Bəzi KİV-də getmiş məlumatla bağlı bildiririk ki, Təbriz, C.Hacıbəyli və S.Zeynalov küçələrinin kəsişməsində pilot layihə çərçivəsində "N-Turan" şirkəti tərəfindən 128 ailə ilə qarşılıqlı razılaşma əsasında müqavilələr bağlanmış, aylıq kirayə haqqları ödənilməklə sakinlər köçürülmüş və hal-hazırda həmin sakinlər üçün yeni mənzillərin inşası davam etdirilir. Onu da qeyd edək ki, istismar müddəti bitmiş həmin binaların qəzalı və texniki vəziyyətinin məhdud işlək olması barədə Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumu tərəfindən 16.01.2018-ci il tarixli rəy verilmişdir. Tikilməkdə olan binanın layihə sənədləri aidiyyatı qurumlar tərəfindən razılaşdırılmışdır.
Pilot layihə çərçivəsində bir qayda olaraq sakinlərə əvvəlki mənzillərinin ölçüsündən 20-25% artıq ölçüsü olan yeni mənzillərin ayrıldığı halda "N-Turan" şirkəti tərəfindən vətəndaşa 240 kv.m. ölçüdə, yəni 70%-dən artıq sahəsi olan tam təmirli yeni mənzil və aylıq 700 manat kirayə haqqı təklif olunmuş, lakin vətəndaş tərəfindən heç bir ölçü meyarına uyğun olmadan 185 kv.m.-lik və 95 kv.m.-lik 2 ədəd mənzil, 2 ədəd qaraj, kirayə haqqı və təmir pulu olaraq əvvəlcədən 100.000 azn məbləğdə pul vəsaitinin verilməsi və bununla yanaşı fors-major hadisələrindən sığortalanması üçün Bakı şəhərinin mərkəzində girov olaraq dəyəri 600.000 azn olan obyektin onun adına müvəqqəti notarial qaydada sənədləşdirilməsi iddiası irəli sürülmüşdür."
Bu fikirlər Hərimanov rayon İcra Hakimiyyətindən daxil olan məlumatda bilidirilir.Məlumatda daha sonra deyilir: "Qeyd edilən əsassız tələbləri səbəbindən şirkətlə razılıq əldə edilmədiyindən vətəndaş Alim Məmmədova məxsus C.Hacıbəyli 2 №-li evin 9-cu mənzilinin hal-hazırda nə sökülməsi, nə də vətəndaşın evindən çıxarılması həyata keçirilir. Belə ki, məhkəmə orqanları qarşısında qaldırılmış iddiaya əsasən, C.Hacıbəyli küçəsi 2 №-li evdə söküntü işlərinin dayandırılması cavabdeh "N-TURAN" MMC-yə həvalə edilmiş, bu barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli, İş№2(001)-2478/2020 №-li Qərardadı verilmiş, icrası Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmışdır.
28.12.2020-ci il tarixdə saat 14:00 radələrində xeyli əvvəl qarşılıqlı razılaşma ilə bağlanmış müqaviləyə əsasən köçürülmüş digər sakinlərə məxsus tikililərin söküntüsü zamanı A.Məmmədova məxsus hal-hazırda yaşamadıqları mənzilə gedən kommunikasiya xətləri zədələnmişdir. Buna etiraz olaraq Məmmədovlar ailəsi C.Hacıbəyli küçəsində yolu bağlayaraq nəqliyyatın hərəkətini dayandırmağa cəhd göstərmiş, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yolun açılması təmin edilmişdir. Hal-hazıda Nərimanov RİH əməkdaşlarının iştirakı ilə zədələnmiş kommunikasiya xətləri şirkət tərəfindən bərpa edilir və qeyd edilən ünvanda bərpa işləri yekunlaşana qədər söküntü işləri dayandırılmışdır."



Paytaxt və rayonlarda bu binalar sökülür - Açıqlama
Bakının bu ərazisində evlər plana düşdü
Bakıda bu ərazidə də binalar söküləcək
Nərimanovda bu binalar plana düşür
Bu şəxslərə hər ay 800 manat ÖDƏNİLƏCƏK - QƏRAR VERİLDİ
Bu şəxslərə 800 manat pul verilir
Bakının bu ərazisi PLANA DÜŞDÜ - EVLƏR SÖKÜLƏCƏK
İstismar müddəti bitmiş binalarda mənzillər niyə bahadır? - AÇIQLAMA
Bakıda bu binanın söküntüsünə başlanılıb
Bakıda kirayə bazarında vəziyyət necədir? - VİDEO
Mənzil almaq indi daha da sadələşir
Bakıda bu ərazilərdəki binalar söküləcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 